Kir Starmer Leyboristlərin Partiyasının konfransında Baş nazir kimi ilk dəfə çıxış edib
London, 25 sentyabr, AZƏRTAC
Böyük Britaniyanın Baş naziri Kir Starmer Leyboristlərin Partiyasının illik konfransında ilk dəfə Baş nazir kimi çıxış edib.
AZƏRTAC xəbər verir ki, o, çıxışında Leyboristlər Partiyasının ölkənin iqtisadi və sosial problemlərini həll etmək üçün təklif etdiyi dəyişikliklər və islahatlar haqqında məlumat verib. Baş nazir Böyük Britaniyada "milli yenilənmə" və "tunelin sonunda işıq" vəd edib, partiya strategiyasının əsas istiqamətlərindən danışıb.
O, xarici işçi qüvvəsinə güvənmədən, daxili əmək bazarının gücləndirilməsi üçün addımların atılacağını bildirib. Baş nazir Britaniya hökuməti tərəfindən dəstəklənəcək yeni enerji şirkəti “Great British Energy”nin Şotlandiyanın Aberdin şəhərində yerləşəcəyini də qeyd edib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:48]
Fransada şagird məktəb direktorunu və müəllimi güllələyib
- 12.10.2026 [15:20]