Kişilərdən ibarət xizəksürmə üzrə Norveç millisinin Pekin Olimpiadasına gedişi təxirə salınıb
Bakı, 25 yanvar, AZƏRTAC
Kişilərdən ibarət xizəksürmə üzrə Norveç millisinin məşqçisinin koronavirus testinin müsbət nəticə verməsi səbəbindən yığmanın Pekin Olimpiadasına gedişi yanvarın 27-dən 31-nə təxirə salınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Norveçin VG telekanalı məlumat yayıb.
Qeyd edilib ki, yanvarın 24-də İtaliyada xizəkçilərlə olimpiyaqabağı təlim-məşq toplanışında olan milli komandanın baş məşqçisi Arild Monsenin koronavirusa yoluxduğu məlum olub. İdmançılar və komanda işçiləri artıq xəstə ilə yaxın təmasda olan şəxslər hesab olunur və beşgünlük karantindən keçməlidirlər. Komandanın qalan hissəsi üçün PCR testinin nəticələri bu gün açıqlanacaq.
Norveç yığmasının heyətində titullu idmançılar - üçqat Olimpiya çempionu Yohannes Klebo, ikiqat Olimpiya çempionu Simen Kruqer, dördqat dünya çempionu Emil İversen, Olimpiya Oyunlarının bürünc mükafatçısı Hans Holund, üçqat dünya çempionu Şur Röte yer alıblar.
Qeyd edək ki, “Pekin-2022” Qış Olimpiya Oyunları fevralın 4-dən 20-dək keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:08]
Azərbaycan Boks Federasiyasının yeni prezidenti bəlli olub
- 12.10.2026 [18:45]
“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib
- 12.10.2026 [18:21]
“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik
- 12.10.2026 [17:12]
“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb
- 12.10.2026 [16:32]