QAN YADDAŞI
Kişineuda Xocalı soyqırımı qurbanları yad edilib VİDEO
![](/files/galleryphoto/2023/1/1200x630/16774821024641725443_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/1677482205219431539_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/1677482205685949044_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/1677482102678617366_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16774821022863723621_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16774822055180027998_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16774821034560020736_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/1677482103726123079_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/167748210370516214_1200x630.jpg)
Kişineu, 27 fevral, AZƏRTAC
Fevralın 26-da Moldovanın müxtəlif yerlərində, o cümlədən Dnestryanıda yaşayan azərbaycanlılar ölkəmizin Moldovadakı səfirliyi qarşısında quraşdırılmış “Xocalı” barelyefinin önünə gül dəstələri qoyublar.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov soydaşlarımız qarşısında çıxış edərək, Xocalı hadisəsini xalqımızın tarixinin ən dəhşətli və faciəli tarixlərindən biri adlandırıb. Diplomat qeyd edib ki, Xocalıda qocaların, qadınların və uşaqların sırf azərbaycanlı olduqları üçün qətlə yetirildiyi soyqırımı bütün insanlığa və bəşəriyyətə qarşı cinayətdir. Səfir vurğulayıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəsi bu faciə qurbanlarının ruhuna rahatlıq bəxş edib.
Moldovadakı Azərbaycan icmasının fəalları Yasin Seyid, Maarif Rəhimov və Məhəbbət İsmayılov da çıxış edərək bildiriblər ki, bu soyqırımı aktının dünyanın heç bir ölkəsində bir daha təkrarlanmaması üçün bütün dövlətlər tərəfindən tanınmalıdır.
Sonra səfirliyin binasında tədbir iştirakçılarına Xocalı faciəsindən bəhs edən “Sonsuz dəhliz” filmi nümayiş etdirilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu