Kiyev: “Storm Shadow” raketləri Rusiya ərazisinə Londonun icazəsi ilə atılıb
Bakı, 29 may, AZƏRTAC
Böyük Britaniya Ukraynaya göndərdiyi “Storm Shadow” raketləri ilə Rusiyadakı hədəfləri vurmağa icazə verib.
AZƏRTAC xəbər verir ki, Ukraynanın strateji sənaye sahələri nazirinin müşaviri Yuri Sak bu barədə “Bloomberg” agentliyinə müsahibəsində deyib. O, həmçinin Ukrayna Silahlı Qüvvələrinin artıq həmin raketlərdən istifadə etdiyini bildirib.
Qeyd edək ki, Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri Kiyevə hərbi yardımı dəfələrlə artıran Qərb müttəfiqləri arasında tədarük olunan silahlardan istifadəyə dair məhdudiyyətlərlə bağlı fikir ayrılıqları mövcuddur. ABŞ və Almaniya göndərdikləri silahlarından Rusiya ərazisinə hücumlar üçün istifadə edilməsini dəstəkləmədiyi halda, Britaniya buna heç bir məhdudiyyət qoymur.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə Londonun mövqeyini müharibənin birbaşa eskalasiyası kimi qiymətləndirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [15:09]
Tramp və Zelenski Parisdə görüşüblər
- 16.06.2026 [15:04]
Türkiyədə ilk dəfə 8 istiqamətli çarpaz qaraciyər əməliyyatı icra olunub
- 16.06.2026 [14:51]
Vyetnam 2030-cu ilə qədər yeddi yeni hava limanı inşa edəcək
- 16.06.2026 [14:25]
Yaponiya ekstremal istilərə hazırlaşır
- 16.06.2026 [13:55]
Çində 6,4 bal gücündə zəlzələ olub
- 16.06.2026 [13:47]