Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kiyevdə ADA Universiteti tərəfindən elan edilmiş müsabiqədə qalib gələn tələbələr mükafatlandırılıb VİDEO

Kiyev, 14 dekabr, AZƏRTAC

Azərbaycanın Ukraynadakı səfirliyində “Ukrayna-Azərbaycan diplomatik münasibətləri” mövzusunda ümumukrayna esse müsabiqəsində mükafata layiq yerlər tutmuş tələbələr təltif edilib.

AZƏRTAC xəbər verir ki, Ukrayna gənclərinin nümayəndələri arasında təşkil edilmiş bu müsabiqə oktyabrın 25-dən noyabrın 25-dək keçirilib. Təşkilatçısı ADA Universiteti, tədbirin Ukraynadan tərəfdaşı isə Taras Şevçenko adına Kiyev Milli Universitetinin Beynəlxalq Münasibətlər İnstitutu olan müsabiqə Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi ilə baş tutub.

Müsabiqə çərçivəsində Ukrayna ilə Azərbaycan arasında diplomatik münasibətlərin müxtəlif aspektlərinə həsr edilmiş görüşlər və mühazirələr təşkil olunub. Birinci yeri bölüşdürən iki tələbə ADA Universiteti nəzdində yay məktəbində iştirak etməyə dəvət olunub, müsabiqənin finalçıları hədiyyələr və fəxri fərmanlarla təltif ediliblər. Ümumukrayna müsabiqəsinin finalçılarının təltif olunması mərasimi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilib.

Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova tədbirdə çıxış edərək, Ukrayna-Azərbaycan əməkdaşlığının inkişafı kontekstində gənclərlə işin əhəmiyyətini vurğulayıb.

Səfir qeyd edib ki, hazırda Azərbaycanda tarixi əhəmiyyətli hadisələr baş verir: bu yaxınlarda biz Dağlıq Qarabağı və ona bitişik yeddi rayonu işğaldan azad edərək dövlətimizin ərazi bütövlüyünü bərpa etməyə nail olmuşuq. Dekabrın 10-da azərbaycanlıların onilliklər boyu gözlədiyi Zəfər paradı keçirilib.

Elmira Axundova deyib: “Azərbaycanı və Azərbaycan xalqını dəstəkləyənlərin hamısını təbrik etmək istəyirəm, çünki ədalət zəfər çalıb. ADA Universiteti adından bu əlamətdar müsabiqənin bütün finalçılarını da təbrik etmək istəyirəm, çünki yüzlərlə iştirakçının müsabiqəyə təqdim etdiyi işlərin ən yaxşılarının müəllifləri məhz bu gənclər olub. Ölkələrimiz həmişə bir-birinə dost olub, Ukrayna ilə Azərbaycan arasında münasibətlər strateji xarakter daşıyır və dövlətlərimizin rifahı naminə inkişaf edir. Müsabiqənin finalçıları arasında gələcək diplomatlar var. Bəlkə də sizin aranızda elə gənclər var ki, onlar ölkələrimiz arasında əməkdaşlığın inkişafında iştirak edəcəklər. Bugünkü müsabiqə sayəsində iki tələbə Bakıya dəvət olunacaq. Mən Azərbaycanın Ukraynadakı səfirliyi adından daha bir müsabiqə keçirilməsini qərara almışam. Həmin tədbir də ukraynalı gənclər üçün yeni imkanlar yaradacaq. Biz o müsabiqəni may ayının 10-na - Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum gününə təyin edəcəyik. Bu ümumukrayna esse müsabiqəsində tələbələr dahi Heydər Əliyevin liderlik fenomeni barədə yazacaqlar. Ən yaxşı 10 işin müəllifləri olan tələbələr Bakıya dəvət ediləcəklər. Pul mükafatları da nəzərdə tutulacaq. Beləliklə, Azərbaycanı öyrənməkdə sizə yeni uğurlar arzulayıram”.

Səfir müsabiqənin kuratoru, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Ukraynadakı nümayəndəsi Marina Qonçaruku Azərbaycan xalqının tarixinin, mədəniyyətinin və ənənələrinin təbliği üzrə apardığı fəal işə görə diplomla təltif edib.

ADA Universitetinin prorektoru Fariz İsmayılzadə öz videomüraciətində mükafata layiq yerləri tutmuş tələbələri təbrik edib. O deyib: “Müsabiqənin bütün finalçılarını təbrik etmək, bütün iştirakçıların gördüyü işlərə və Ukrayna-Azərbaycan münasibətlərinə göstərdikləri marağa görə onlara təşəkkürümü bildirmək istəyirəm. Bu müsabiqə sayəsində, onun çərçivəsində təşkil edilmiş mühazirələr və görüşlər sayəsində Ukraynanın müxtəlif guşələrini təmsil edən gənclər dost ölkələrimiz arasında münasibətlərin diplomatik, iqtisadi, mədəni və digər aspektləri barədə çox şey öyrəniblər. Ukrayna və Azərbaycan strateji tərəfdaşlardır, dövlətlərimiz arasında münasibətlər ilbəil daha intensiv inkişaf edir. Müsabiqənin keçirilməsi Azərbaycan üçün tarixi əhəmiyyətli bir hadisə - əvvəllər Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizin geri qaytarılması ilə eyni vaxta düşüb. Biz bütün bu müddətdə ukraynalı qardaşlarımızın dəstəyini hiss etmişik. Şadam ki, bu müsabiqə böyük maraq doğurub. İştirakçılar müsabiqəyə çox iş təqdim etmişdi, lakin biz onların arasından ən yaxşılarını seçməyə çalışmışıq. Mən sizin hamınıza Azərbaycanın öyrənilməsində yeni uğurlar, yeni qələbələr arzu edirəm, istərdim ki, siz hökmən Azərbaycana gələsiniz, bizim səmimi və qonaqpərvər ölkəmizi özünüz görəsiniz”.

Müsabiqənin kuratoru Marina Qonçaruk deyib: “ADA Universitetinin təşkil etdiyi bu müsabiqə ukraynalı tələbələrin öz bacarıqlarını və Ukrayna-Azərbaycan münasibətlərinə dair biliklərini nümayiş etdirmələri üçün unikal imkandır. Sevindirici haldır ki, ölkəmizin müxtəlif guşələrindən olan çoxsaylı tələbələr bu müsabiqəyə öz işlərini təqdim ediblər. Münsiflər heyəti mükafata layiq yerləri tutan 12 tələbəni seçib. Lakin mən əminəm ki, iştirakçıların hər biri şəxsən özü üçün çox əhəmiyyətli iş görüb - ölkələrimiz arasında diplomatik münasibətlər barədə öz biliklərini zənginləşdirib, Ukrayna-Azərbaycan münasibətlərinin öyrənilməsi kimi mühüm işə öz töhfələrini verib”.

Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova, həmçinin səfirliyin əməkdaşları - birinci katib Namiq Niftullayev və ikinci katib Samir Allahverdiyev müsabiqənin finalçılarına diplomlar və ADA Universiteti adından hədiyyələr təqdim ediblər. Müsabiqədə birinci yeri Kiyev Milli Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Darya Ponomarenko və Kiyev Mədəniyyət Universitetinin tələbəsi Roman Popov bölüşdürüblər. İkinci yerə Taras Şevçenko adına Kiyev Milli Universitetinin Filologiya İnstitutunun tələbəsi Natalya Lınnık layiq görülüb, üçüncü yeri Qərbi Ukrayna Milli Universitetinin tələbəsi Ruslana Matuşik və Taras Şevçenko adına Kiyev Milli Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun tələbəsi Vladislav Spivak bölüşdürüblər. Dördüncü yeri Kiyev Milli Linqvistika Universitetinin tələbəsi Andrey Polivin, beşinci yeri Taras Şevçenko adına Kiyev Milli Universitetinin tələbəsi Angelina Budnık tutub.

Müsabiqənin finalçıları olan tələbələr Ukrayna-Azərbaycan münasibətlərinin tədqiqatı ilə bağlı esse üzərində işlərindən danışıblar. Sonra səfirliyin ərazisində tələbələr üçün ekskursiya təşkil edilib. Onlar səfirin kabinetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr edilmiş kitabxana və fotosərgi ilə tanış olublar.

Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova öz qələminin məhsulları olan kitabları tələbələrə hədiyyə edib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Kiyevdə ADA Universiteti tərəfindən elan edilmiş müsabiqədə qalib gələn tələbələr mükafatlandırılıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki Məmməd Əliyevdən

Cəlilabad rayonunda zəlzələ baş verib

Paytaxtda 53 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib

Balakəndə avtomobil radar dirəyini aşırıb, iki nəfər xəsarət alıb

Laçında “Əmir Teymur” filmi nümayiş olunub

Çində baş verən palçıq axınında 3 nəfər ölüb, 265 nəfər itkin düşüb

Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə müraciət edib

Heydər Əliyev Fondu uşaqlar üçün növbəti əyləncə tədbiri təşkil edib

Eldar Yuldaşev: Gələn il də Laçına yeni filmlərlə gəlməyi planlaşdırırıq

Rusiya Federasiyasının Əməkdar məşqçisi, pedaqoji elmlər doktoru, professor İrina Vinerdən

® "Mardi Mekan Estate": dəniz kənarında yaşamağın tam vaxtıdır

“Bitcoin”in qiyməti 78 min dollara enib

Dondurma alarkən və istehlak edərkən nələrə diqqət yetirilməlidir?

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə növbəti vakansiya seçimi mərhələsinə başlanılır

Niderlandda qış mövsümündən əvvəl qaz anbarlarını doldurmaq mümkünsüz görünür

Zamira İsayeva: Təhsil Azərbaycan-Özbəkistan əlaqələrinin möhkəmləndirilməsi üçün yeni imkanlar açır

Deputat: Laçın Böyük Qayıdışın ən parlaq nümunələrindən biridir

Klipdən başlayan sevgi: yeddi ildir domra ifa edən azərbaycanlı gənc

Çexiyada tarixi abidələrin bərpasına 42 milyon avroya yaxın vəsait ayrılacaq

“Meta” platformalarının gənclərə zərər vurması iddiasını 18 milyard dollara həll etməyə razılıq verib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Yeni sanitariya norma və qaydaları təsdiqlənib

Biləsuvarda yük avtomobili kanala aşıb

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovdan

Yayda gündə nə qədər su içilməlidir? - Ekspert rəyi

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

“Tvente”nin baş məşqçisi: “Qarabağ”a qalib gəlmək üçün futbolçular ən yaxşı formada olmalıdırlar

Rusiyalı sahibkar Alişer Usmanovdan

Bakıda “Gələcəyin sənət elçiləri” proqramı çərçivəsində musiqi proqramı təqdim olunub VİDEO

Bakıda “Gələcəyin sənət elçiləri” proqramı çərçivəsində musiqi proqramı təqdim olunub VİDEO

Azərbaycanın süni intellekt startapı “ByteDance” ilə müqavilə imzalayıb

Laçına köçürülmüş sakinlərdən 1235-i məşğulluq tədbirlərinə cəlb edilib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Azərbaycan-Özbəkistan müttəfiqliyi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni imkanlar yaradır – ŞƏRH

Zəhra Pezeşkiandan

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Şəfiqə Tahirova: Ali təhsilin nəticəsi yalnız diplomla deyil, məzunun bacarıqları ilə ölçülməlidir

Mərkəzi Bankın nümayəndələri Şamaxıda vətəndaşların müraciətlərini dinləyəcəklər

Qarabağdan Buxaraya: əsrləri aşan elm, mədəniyyət və dostluq körpüsü - Yusif Qarabaği irsi

Burhanettin Duran: Suriyanın gələcəyini yalnız xalqın iradəsi müəyyən etməlidir

Vəkillərin icbari təlimlərinin ikinci istiqaməti yekunlaşıb

AzTU-ya qəbul olunanların qeydiyyatı “mygov” üzərindən aparılacaq

“Hapoel”in qapıçısı: Liqa mərhələsinə yüksəlməyimizə cəmi 20 saniyə qalmışdı

Laçın Şəhəri Günü çərçivəsində nağıl-tamaşa nümayiş olunub

Qəhvəyi mərmər bağacığı ilə mübarizə məqsədilə 26 minə yaxın feromon tələ quraşdırılıb

Paris üçün kritik gün: “Fitch Ratings” Fransanın kredit reytinqini yenidən nəzərdən keçirir

Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib

İncəsənət məktəbləri üçün 5 yeni yaradıcı istiqamət üzrə tədris proqramları hazırlanıb

Laçında aparılan quruculuq işləri Azərbaycanın sülhə və dinc inkişafa yönəlmiş siyasətinin göstəricisidir – ŞƏRH

® “PAŞA Holding”in dəstəyi ilə həyata keçirilən “Tənha anaların sosial inkişafına dəstək II” layihəsi fəaliyyətini davam etdirir

Azərbaycan və Özbəkistan alimləri vanadiumun alınması üçün yeni texnologiya hazırlayır

MDU tarixində rekord: tələbə qəbulu planı 98 faiz yerinə yetirilib

Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib

Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaşların müraciətlərini dinləyəcək

İki dəfə uğursuz oldu, üçüncü cəhddə arzuladığı universitetə qəbul aldı - Dövlət Proqramının qalibi

AZAL uçuşlarda gecikmə və ləğv halları ilə bağlı sərnişinlərə müraciət edib

Rəqəmsal platformaların vergiyə cəlb olunması ədalətli rəqabətə imkan verəcək - RƏY

Laçın dirçəlir: Köç, quruculuq, uşaq gülüşü VİDEO

Laçın dirçəlir: Köç, quruculuq, uşaq gülüşü VİDEO

Azərbaycanda mis konsentratı istehsalı 6 dəfədən çox artıb – QRAFİK

Özbəkistan Respublikasının birinci xanımı Ziroat Mirziyoyevadan

“Nebesnaya qratsiya” Beynəlxalq İdmana Dəstək Assosiasiyasının prezidenti, Olimpiya çempionu Alina Kabayevadan

Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq

Ölkəyə gömrük qaydaları pozulmaqla gətirilən qəlyan tütünləri aşkarlanıb

Rusiyanın “SAFMAR” Qrupu” Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyevdən

Kino Agentliyinin direktoru: Filmlərimizin beynəlxalq səviyyədə yayımı əsas istiqamətlərdəndir

Azərbaycan və Özbəkistan alimlərinin birgə layihəsi: mis filizlərinin emalı üçün yeni texnologiya hazırlanacaq

Rusiyanın “VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti, İdarə Heyətinin sədri Andrey Kostindən

Birinci vitse-prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

Şabranda yol qəzasında ölənlərin sayı 2-yə çatıb YENİLƏNİB VİDEO

Şabranda yol qəzasında ölənlərin sayı 2-yə çatıb YENİLƏNİB VİDEO

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən

Şahzadə Harri və Meqan bu gün Böyük Britaniyaya qayıdırlar

Şamaxıda vətəndaşların müraciətləri dinləniləcək

Bu il BMU-nun qəbul planı ilkin olaraq 98,3 faiz dolub

Sentyabrdakı hərraclarda 82 avtomobil və gəmi satışa çıxarılacaq

Aslan Kərimov: “Sabah” mükəmməl iş görərək, hər mərhələdə inkişaf etməyi bacardı

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

ADNSU və Özbəkistanın ali təhsil müəssisələri: ikili diplom və tələbə mübadiləsi

Azərbaycan–Özbəkistan aqrar əməkdaşlığı: təcrübədən strateji tərəfdaşlığa – ŞƏRH

® Maliyyə ehtiyaclarınız üçün “AccessBank”dan 50 min manatadək nağd kredit

Yulia Çimen: Azərbaycan-Türkiyə startap və vençur kapitalı əməkdaşlığında yeni mərhələ başlayır - MÜSAHİBƏ

Xüsusi nümayəndə: Laçının Buxara şəhəri ilə qardaşlaşmasına dair sazişin imzalanması mühüm hadisədir

Türkiyənin universitetlərində bəzi ixtisaslar üzrə tələbə çatışmazlığı yaranıb

Məsim Məmmədov: Laçın Beynəlxalq Film Festivalının ənənəvi xarakter almasına nail olmağı planlaşdırırıq

Ali məktəblərə qəbul olanların siyahısı və keçid balları açıqlanıb

“Mançester Siti” 19 yaşlı mərakeşli futbolçunu 100 milyon avroya transfer edib

“ADEX”də yeni rekord: Sərgi üçün ilk dəfə Bakı Ekspo Mərkəzinin 5-ci pavilyonu istifadəyə verilir

® İlk hibrid mühərrikli “Toyota Land Cruiser 300” - İndi Azərbaycanda satışdadır

Sabahdan X sinif şagirdlərinin elektron yerdəyişmə prosesinə başlanılır

Özbəkistan Peşəkar Futbol Liqası “Sabah”ı tarixi uğur münasibətilə təbrik edib

Paytaxtda daha 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub

Nigar Axundova: Sürəyya Ağaoğlu öz dövrünün görkəmli qadını olub və bu gün də belə olaraq qalır - MÜSAHİBƏ

Səfir: İmzalanan müqavilələr Özbəkistan-Azərbaycan müttəfiqliyinin inkişafını əks etdirir

Azərbaycan Voleybol Federasiyası ilə CEV arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Almaniyanın Maqdeburq şəhərində miqrant sahibkarlar irqçiliyə etiraz olaraq mağazalarını bağlayıblar

Bəyimxanım Vəliyeva: Azərbaycan muğamı ölkəmizi beynəlxalq aləmdə tanıdan ən qiymətli sənət incilərindəndir

Süni intellekt Azərbaycan bizneslərinin xarici bazarlara çıxışını əhəmiyyətli dərəcədə asanlaşdıra bilər - ŞƏRH

AMADA-nın icraçı direktoru: Təmiz idman sahəsində Azərbaycan-Özbəkistan əməkdaşlığının əhəmiyyəti yaxın illərdə daha da artacaq

“Gənc istedadlar” liseyinin məzunlarının hamısı ali məktəbə qəbul olunub

Fransa maliyyə böhranı riski ilə üz-üzədir: bu təhlükə hər gün artır

Qaraçöpdən Avropaya uzanan uğur yolu: Zülfüqar Xubanov

Astanada “GASTHERM EXPO 2026” və “GASTHERM INTERNATIONAL FORUM” davam edir VİDEO

Astanada “GASTHERM EXPO 2026” və “GASTHERM INTERNATIONAL FORUM” davam edir VİDEO