Kiyevdə ilk mobil sığınacaq quraşdırılıb
Kiyev, 18 dekabr, AZƏRTAC
Bu gün Kiyevdə ilk mobil sığınacaq quraşdırılıb.
AZƏRTAC xəbər verir ki, ilk mobil sığınacağın açılışında Kiyev şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko iştirak edib. Kiyevin Desnyanski rayonu, “Lisovıy” massivində yerləşən mobil sığınacaq sakinlərin ixtiyarına verilib.
“Hazırda Kiyevin digər rayonlarında da mobil sığınacaqların tikilməsi üçün tenderlər keçirilir. Kiyevdə mobil sığınacaqların sayı artacaq”, - deyə Timur Tkaçenko əlavə edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev