Azərbaycan Dövlət İnformasiya Agentliyi

Klassik irsimizin Mirzə Şəfi Vazeh zirvəsi

Klassik irsimizin Mirzə Şəfi Vazeh zirvəsi

Mirzə Şəfi Vazehin anadan olmasının 225 illiyi tamam olur

Bakı, 30 noyabr, AZƏRTAC

Əsərləri klassik Azərbaycan poeziyasının incilərindən sayılan Mirzə Şəfi Vazeh dövrünün ən çox tanınmış dünya şöhrətli şairlərindən olmuşdur. Onun doğum tarixi tədqiqatçılar tərəfindən müxtəlif illəri göstərdiyindən (1792, 1794, 1805…) zənnimizcə, bu tarixləri ümumi şəkildə XVIII əsrin sonu XIX əsrin əvvəlləri kimi ifadə etmək daha doğru olar. Tarixi mənbələrdən aydın olur ki, Gəncədə Cavad xanın dövründə memar olmuş Kərbəlayi Sadığın ailəsində doğulmuş Şəfi ilk təhsilini mədrəsədə almışdır. Burada o, ərəb, fars dillərini, eləcə də şəriət elmlərini öyrənmişdir. Bununla yanaşı, Şərq poeziyasına maraq göstərmiş, onun bir çox nümayəndələrinin əsərləri ilə tanış olmuşdur. Şairin həyatı çətinlik, məhrumiyyətlər içində keçsə də, yaradıcılığının lirik-romantik səciyyəsi, ictimai-fəlsəfi məzmun və ideyası, milli-bəşəri mahiyyət kəsb etməsi sənətkar taleyinin parlaq şəkildə təcəssümüdür.

XIX əsrin əvvəllərindən başlayaraq Mirzə Şəfinin əsərləri dünya xalqlarının marağını çəkmişdir. “Mirzə Şəfi nəğmələri” ilk dəfə Almaniyada çap olunmuş və bundan sonra fransız, ingilis, italyan, İsveç, holland, Danimarka, ispan, portuqal, rus, macar, qədim yəhudi dillərinə tərcümə olunmuşdur. Həmin kitabın 300 dəfədən artıq çap olunması da o dövrdə qərb ölkələrində böyük əks-səda doğurmaqla yanaşı, Azərbaycan ədəbiyyatının təbliğində də böyük rol oynamışdır. Lakin tədqiqatçıların dediyi kimi, Mirzə Şəfinin Azərbaycan, fars dillərində yazdığı əsərlərinin böyük qisminin küll halında bizə gəlib çatmaması şairin yaradıcı taleyinin faciəsidir.

Mirzə Şəfi hələ mədrəsədə oxuduğu vaxtlardan yaşadığı dini-fanatizm mühitinə, riyakar, fırıldaqçı mollalara qarşı çıxsa da, onun gözünün açılmasında Gəncənin mədəni insanlarından olan Hacı Abdullanın təsiri böyük olmuşdur. Bu səbəbdən mollalar şairi həzm edə bilmir, ona düşmən münasibəti bəsləyirdilər. Elə buna görə də onun dolanışıq məqsədilə fəaliyyət göstərməsi çətinləşir. Amma buna baxmayaraq, Mirzə Şəfi bir müddət Cavad xanın qızı Püstə xanımın binagüzarlıq və yazı-pozu işlərini idarə edir, lakin 1826-cı ildə İranla Rusiya arasında başlayan müharibə, İranın Gəncəni işğal etməsi işlərini yarımçıq qoyur. Bundan sonra o, Hacı Abdullanın köməkliyi ilə məsciddə hücrələrin birində müxtəlif kitabların üzünü köçürməklə güzəran edir. Az keçmir İranda artıq litoqrafiyadan istifadə olunduğundan kitabın əl ilə köçürülməsinə ehtiyac qalmır, beləliklə, şair ərəb və fars dillərində fərdi qaydada dərs deməklə məşğul olur.

Otuzuncu illərdə Mirzə Şəfinin gənc Mirzə Fətəli Axundovla tanışlığı, qəflətdə olan Fətəlinin gözünün açılmasına, dünygörüşünün yenilənməsinə böyük təsir göstərir. Onların arasında dostluq əlaqələri yaranır. Sonralar Mirzə Fətəli Axundov yazacaqdı: “Mən atalığımın buyruğu üzrə hər gün bu şəxsin yanına gedib məstəliq yazısının (hüsnxətt) məşqini edirdim. Belə ki, get-gedə mənimlə bu möhtərəm şəxsin arasında ülfət və ünsiyyət hasil oldu. Bir gün bu möhtərəm şəxs məndən soruşdu: “Mirzə Fətəli, elmləri təhsil etməkdə məqsədin nədir?” Cavab verdim ki, ruhani olmaq istəyirəm. Dedi: “Sən də onlar kimi riyakar və şarlatanmı olmaq istəyirsən?”. Təəccüb və heyrət etdim ki, bu nə sözdür. Mirzə Şəfi mənim halıma baxıb dedi: “Mirzə Fətəli, öz həyatını bu qaragüruhun içərisində puç etmə, başqa bir məşğuliyyət qəbul et!”. Mirzə Şəfinin M.F.Axundova təsiri bundan sonra onun maarifpərvər ziyalı, yazıçı, dramaturq kimi yetişməsində özünü parlaq şəkildə göstərdi…

Mirzə Şəfi Vazehin əmək və yaradıcı fəaliyyəti Gəncədən başlasa da o, öz şəhərində dolanışıq və rahatlıq tapmayanda Tiflisə gedib. 1840-cı ildə Tiflis qəza məktəbində Şərq dilləri üzrə müəllim işləyib. Tiflis mühiti Mirzə Şəfinin dünyagörüşünə, bədii yaradıcılığına öz təsirini göstərib. O zaman Qafqazın inzibati-mədəni mərkəzi sayılan bu şəhərdə şair dövrünün görkəmli maarifpərvər şəxslərindən M.F.Axundov, A.Bakıxanovla dostluq münasibətləri yaradır. Eləcə də alman səyyahı, rus, Şərq poeziyasının tərcüməçisi, şərqşünas Fridrix Bodenştedtlə də tanış olur, onunla yaradıcılıq münasibətləri qurur. F.Bodenştedt şərq dillərini mükəmməl öyrənmək üçün Mirzə Şəfidən dərs alır. Bu barədə alman səyyahı sonralar qələmə aldığı xatirələrində Mirzə Şəfi ilə dostluq münasibətlərindən bəhs edərək, yazırdı ki, “mən səyahətdən qayıtdıqdan sonra Mirzə Şəfi özünün şeirlər külliyyatını mənə bağışladı”. O, Tiflisdən gedərkən apardığı dəftərlərdən bəhs edərək qeyd edirdi ki, həmin dəftərlər şairin tatar (Azərbaycan) və fars dillərində yazdığı nəğmələrdən ibarət idi... Bu fikirlərə, eləcə də M.Ş.Vazeh haqqında müəyyən bilgilərə, məlumatlara şairin “Nəğmələr” kitabına (2004-cü il nəşri) “Ön söz” yazmış Zahid Orucovun məqaləsinə istinad etməyimiz tədqiqatçının araşdırmalarında (səhih mənbə olaraq!) bu və ya digər məsələlərə aydınlıq gətirdiyinə inamımızdan yarandı.

Mirzə Şəfinin yaradıcılığından bəhs edərkən, bir qədər əvvəldə adını çəkdiyimiz F.Bodenştedtin şairlə yaradıcı əlaqələrinə və onun şeirlərinə münasibətindən danışmaq da özünün zəruriliyini doğurur. Mənbəyə müraciət edək: “XX əsr rus və Azərbaycan ədəbiyyatşünaslığında müəyyən edilmişdir ki, Almaniyada Bodenştedt tərəfindən “Mirzə Şəfi nəğmələri” və “Mirzə Şəfi irsindən” adlı kitablarda dərc edilən və XIX əsrin 70-ci illərində Mirzə Şəfinin ölümündən sonra Bodenştedtin öz adına çıxmaq istədiyi şeirlərin demək olar ki, tam əksəriyyəti Mirzə Şəfiyə məxsusdur.

Qeyd etmək lazımdır ki, Mirzə Şəfi haqqında həqiqətin meydana çıxarılması, onun bədii yaradıcılığının təhlili, ictimai-fəlsəfi fikirlərinin öyrənilməsi sahəsində ədəbiyyatşünaslardan Ə.Ə.Seyidzadə, S.Mümtaz, E.Enikolopov, professorlarımızdan M.Rəfili, F.Qasımzadə, H.Hüseynov, M.Qasımov və akademik A.Makovelskinin xüsusi xidmətləri olmuşdur (Z.Orucov)”.

M.Ş.Vazehin əldə olunmuş orijinal şeirlərinin çox hissəsini məhəbbət lirikası, sevgi motivləri təşkil edir. Bu şeirlərində o, sevgiyə ötəri hisslər kimi baxmır. Mirzə Şəfiyə görə məhəbbət insana həm də ədəb, mərifət öyrədir, gözündə həyatı gözəlləşdirir, qəlbində xoş duyğular yaradır. Onun bir çox şeirləri, nəsihətamiz və tövsiyə xarakteri daşıyır. Qəlbi insana sevgi, gözəllik hissi ilə çağlayan müdrik şair həyatda gözüaçıq olmağı, həqiqətə söykənməyi, yalandan, riyadan uzaq durmağı, yaxşı əməllərlə həyatda iz qoymağı insanlara tövsiyə edir. Qadınlara nəcib hisslərlə yanaşan, onları qaranlıq mühitdən çıxarmağa çalışan şair bu zərif çiçəklərə müraciət edərək yazır:

Tulla gəl çadranı… görünsün üzün

Gül də gizlədərmi de bağda özün?

Səni qadir Allah, ey incə çiçək,

Yaratmış dünyaya verməkçün bəzək.

… Aç qara gözünü, çadranı tulla!

Həyatda cəsur ol, yaşa qürurla.

Xalqın hələ avamlıq və savadsızlıq girdabında boğulduğu, qaragüruhçu mühitində məhv olduğu bir vaxtda şairin şeirlərində azadlığa təşnə bir ürək çırpınırdı. O, fikirlərini, odlu istəyini sərv ağacının obrazında belə ifadə edirdi: “Azadlıq rəmzidir şux sərv ağacı, Əyilib budağı toxunmaz yerə, Ardınca cəzb edib o nəzərləri, daima ucalar nurlu göylərə…”. Şairin tədqiqatçılar tərəfindən aşkar olunmuş qəzəl, müxəmməs, məsnəvi, rübailərində sevgi motivlərinin təsviri, dövrün eybəcərliyini ifşa etməsi, insana, onun arzularına ehtiramının ifadəsi M.Şəfinin istedadının, bədii duyumunun ecazı ilə diqqəti cəlb edir. Şair, şeir əvəzinə boşboğazlıq edən, mənasız və məntiqsiz fikirlər yazan, qafiyəpərdazlıqla məşğul olan “şairləri” də cəsarətlə tənqid və ifşa edir. Şair dini-fanatizmə qarşı həmişə mübarizədə olub, insanın mənəvi saflığına, ucalığına münasibəti isə hər zaman səmimiyyətini, sevgisini ifadə edib.

Həyatda həqiqi olan nə varsa, Mirzə Şəfi ona bağlı olub, ondan güc alıb. Qəlbinin aynasında əks olunan həqiqəti görməyi, işığına tapınmağı xoşbəxtlik sanıb. Nəsihətamiz şeirlərində qəlbinin səsini dinləyən şair özünə xitabən tövsiyə edir, haqqa, həqiqətə işıq, ümid dolu nəğmələr qoşur. Burada mütləqdir deyək ki, şairin poetik düşüncələri ümumən bəşər övladının taleyini düşünməyə, duymağa yönəlir.

Qoy sən həqiqəti söyləyən zaman,

Qopsun min təhlükə, qopsun min tufan.

Gəl baxma bunlara, ey Mirzə Şəfi!

Uca tut daima arı, şərəfi.

Həqiqət bir şeydir gözəllik ilə,

Olarmı, gözəllik gəlməsin dilə?

Cəzadan, təqibdən olmaqçün uzaq,

Bəzən sözlərini söyləmə çılpaq.

Asta ol, özünü daim gözlə sən,

Acı sözünü də, de xoş sözlə sən.

M.Ş.Vazeh həyatında çox çətinliklər, acılar yaşamış, bu səbəbdən də əhvalının təlx çağlarında öz hücrəsinə çəkilərək pəjmürdə halını təsvir etməyə çalışmışdır. Yazmış ki: “Nə gülməyə bir həvəsim, nə söhbətə meylim, Nə oturmağa qərarım, nə getməyə taqətim qalmış. Nə səbir etmək qüdrətim, nə ah çəkmək qüvvətim var. Canım dodağımda, gözüm yollardadır”. Elə burdaca qeyd etmək yerinə düşür ki, ustadın təkcə “Nəğmələr” kitabındakı alman dilindən tərcümə olunmuş şeirləri, eləcə də orijinal əsərləri - qəzəl, rübailəri Mirzə Şəfinin söz-fikir-rənglər dünyasından bəhs etməyə, şəxsiyyətini duymağa müəyyən mənada imkan yaradır. Lakin çox təəssüf ki, M.Ş.Vazehin əldə olan bu orijinal və tərcümə əsərləri şairin ictimai-nəzəri görüşlərini bütün incəliyi və dolğunluğu ilə açmağa yetmir. Yəni bu əsərlərdən əxz etdiyimiz ideya-məzmun, əlimizə çatmayan əsərlərində daha dərin, daha bitkin, dolğun fikirləri doğura biləcəyini düşünməyə əsas verir.

Bütün bunlara baxmayaraq, Mirzə Şəfi Vazeh özündən sonra böyük bir məktəb qoydu və bu məktəbin yetirmələri, davamçıları - M.F.Axundov, H.B.Zərdabi, S.Ə.Şirvani, N.B.Vəzirov, C.Məmmədquluzadə, M.Ə.Sabir… kimi mütəfəkkirlər onun əsərlərində ifadə etdiyi mətləbləri öz yaradıcılıqlarında yeni düşüncəylə inkişafa apardılar.

Mirzə Şəfi Vazehin lirik-romantik, mübariz, döyüşkən ruhlu əsərlərinin, azadlığa, yeniliyə səsləyən şeirlərinin mövzusu və ideyası bu gün də aktualdır, müasirdir.

Şəfəq Nasir,

filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünyanın ən təhlükəli 7 vulkanı

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 139 nəfərə çatıb

Əraqçi: ABŞ memorandumda yeni münaqişəyə başlamamaq öhdəliyi götürür

Qafar Qənizadə: Hər bir insanın özünü tanımaq və mənəvi sağalma üçün vasitələrə ehtiyacı var

Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq

Kanada millisi dünya çempionatları tarixində ilk xalını qazanıb

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi olub

Dünya çempionatı: Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşməyib

Natalya Jukova: Bu il “Nine Senses Fest” mindən çox iştirakçını bir araya gətirəcək

Misirdə təlim təyyarəsi qəzaya uğrayıb, pilot ölüb

Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib

Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb

BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir

“Sabah” braziliyalı müdafiəçini transfer edib

Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib

Fırat Arapoğlu: “Proqramlaşdırılmış izlər” sərgisində texnologiyanın yaratdığı yeni reallıq təqdim olunur

Azərbaycan və Slovakiya arasında siyasi məsləhətləşmələrin növbəti iclası olub

Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib

Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub

AZAL-ın Naxçıvan reyslərini icra edən təyyarələri hava şəraiti ilə əlaqədar Bakıya geri qayıdıb

Lənkəran və Astarada güləş zallarına baxış keçirilib

BDU-nu ən yüksək Ümumi Orta Müvəffəqiyyət Göstəricisi ilə bitirən məzunların adları açıqlanıb

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

MEDİA: Fransanın bəzi media qurumlarının Azərbaycana qarşı qarayaxma kampaniyasını qəti şəkildə pisləyirik

Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub

Naxçıvanda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO

Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb

Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır

Alparslan Bayraktar: TANAP Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır

Ekspert: Azərbaycan “ağıllı şəhərlər”i və dayanıqlı infrastrukturu fəal şəkildə inkişaf etdirir - MÜSAHİBƏ

Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib

Fransalı vəkil “ayrı-seçkilik” və “nifrətə təhrik” ittihamları üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO

YARAT Müasir İncəsənət Məkanında britaniyalı və bolqar rəssamların sərgiləri açılıb

Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur

Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub

Bu saata olan əsas xəbərlər

BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir VİDEO

BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir VİDEO

Qəbələyə gələn əcnəbi turistlər arasında hindistanlılar üstünlük təşkil edir STATİSTİKA VİDEO

Qəbələyə gələn əcnəbi turistlər arasında hindistanlılar üstünlük təşkil edir STATİSTİKA VİDEO

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktaydan

Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb

Yeni təsdiqlənən subsidiya qaydalarında heyvandarlıq sektoru üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub VİDEO

Yeni təsdiqlənən subsidiya qaydalarında heyvandarlıq sektoru üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub VİDEO

Zeynep Özdemir: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı Avrasiyada sabitlik və güc mərkəzi formalaşdırıb

Aİ İspaniyanın müdafiə xərclərini artırmasına imkan verən xüsusi büdcə mexanizminin tətbiqini təsdiqləyib

® Vətəndaş müraciətlərinin elektron qaydada təqdim edilməsi və cavablandırılması imkanları genişləndirilib

Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA

Türkiyə və Azərbaycan gələcəyini elm, təhsil və texnologiya ilə birlikdə quracaq

HDQ-də döyüş atışlı taktiki təlim olub

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

Tramp mediada yayılmış şərtlərin İranla razılaşdırılmış şərtlərlə əlaqəsi olmadığını açıqlayıb

Son iyirmi ildə BDU-dan Koreya dili ixtisası üzrə 110-dan çox tələbə məzun olub

Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək

Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur

Səbinə Əliyeva: Bakı Dövlət Universitetinin məzunu olmaq həm qürur, həm də şərəfdir

Yeni təmayül tədris modeli çərçivəsində yay düşərgəsi təşkil olunub

Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb

Mədəniyyət naziri: Bakı Dövlət Universiteti Azərbaycan elminin və təhsilinin flaqmanıdır

Şirvan kanalında batan şəxsin meyiti tapılıb

Müşavir: Balıqçılıq və akvakultura üzrə Dövlət Proqramı investisiyalar üçün yeni imkanlar açır – MÜSAHİBƏ

FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edilib

Hava limanlarının (aeroportların) idarə edilməsi QAYDASI

“Hava limanlarının (aeroportların) idarə edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb

İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahudan

Osmanlı memarlığının ən mühüm tarixi abidələrindən olan Səlimiyə camisi yenidən istifadəyə verilib

Britaniya hökumətindən hədəf: məktəblilərin 60 faizi dərslərə piyada və ya velosipedlə gedəcək

Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb

Naxçıvanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının qalibləri məlum olub

Bu il Azərbaycanın ali məktəblərini 63 mindən çox tələbə bitirir

İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində HELF/AZHAB Forum 2026 keçiriləcək

Ankarada “Bir şəhər, iki baxış” müsabiqəsinin qalibləri mükafatlandırılıb və sərgi açılıb

Aqrar sahədə yeni strateji mərhələ Azərbaycanın dayanıqlı inkişaf modelini daha da gücləndirəcək - ŞƏRH

Lənkəranda 32 yaşlı kişi şəlalədə çimərkən boğulub - YENİLƏNİB

® Dövlət qurumları ilə gənc startaplar arasında əməkdaşlığa töhfə verən hakaton keçirilib

Türkiyənin “HÜRJET” reaktiv təlim təyyarələrinin Türk Ulduzları akrobatika komandası ilə qrup uçuşu həyata keçirilib VİDEO

Türkiyənin “HÜRJET” reaktiv təlim təyyarələrinin Türk Ulduzları akrobatika komandası ilə qrup uçuşu həyata keçirilib VİDEO

Atletika üzrə Azərbaycan çempionatı start götürüb

Ağsuda vətəndaşların müraciətləri dinlənilib

Ramin Məmmədov: Dini etiqad azadlığının qorunması qlobal məsuliyyətdir

Ərdoğan: Bəşəriyyət İkinci Dünya müharibəsindən bəri ən kritik hadisələri yaşayır

Pakistan turizm sənayesi nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

Psixoloq: Sosial şəbəkə qadağaları yeniyetmələrdə aqressiyaya səbəb ola bilər

Məcburi köçkünlərin mənzil təminatı ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Labubu dünya çempionatının açılış mərasimində iştirak edib

Balakəndə 10 tona yaxın çətənə kolu məhv edilib

Bu günədək 85 minə yaxın təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib

Şuşa Bəyannaməsi qardaşlığın yeni tarixi mərhələsidir - ŞƏRH

Hadrut və Qırmızı Bazarda daha 12 ailəyə evlərinin açarları təqdim olunub

ANAMA: Füzulinin Aşağı Əbdürrəhmanlı kəndində aparılan minatəmizləmə əməliyyatları ən çətin proseslərdən biridir VİDEO

ANAMA: Füzulinin Aşağı Əbdürrəhmanlı kəndində aparılan minatəmizləmə əməliyyatları ən çətin proseslərdən biridir VİDEO

Cari tədris ilində tələbələrin böyük hissəsi təhsil tələbə kreditindən yararlanıb

Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə müttəfiqliyini yeni qlobal geosiyasi reallığın mühüm faktoruna çevirib - ŞƏRH

Ağır travmadan nüfuzlu universitet tələbəliyinə aparan iradə: Oxumasan, işığa çıxmayacaqsan! - REPORTAJ VİDEO

Ağır travmadan nüfuzlu universitet tələbəliyinə aparan iradə: Oxumasan, işığa çıxmayacaqsan! - REPORTAJ VİDEO

“Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi - I Mərhələ” üzrə kredit sazişi imzalanıb

DSMF-nin sədri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib

Özbəkistanlı jurnalist: Milli komandamız dünya çempionatında yalnız iştirakla kifayətlənmək niyyətində deyil

Agentlik: Dövlət və özəl qurumların adından fişinq mesajları göndərilir

“Yüksəliş” müsabiqəsinin 116 qalibindən 25-i Dövlət Proqramı məzunudur

Meşə və əkin sahələrində yanğınların qarşısının alınması istiqamətində görülən işlər nəzərdən keçirilib

Aqrar sahədə yeni mərhələ: Dövlət Proqramı sektorda müasir inkişaf modelini formalaşdırır