“Koinu” qasırğası Çinin materik hissəsinə doğru irəliləyir
Bakı, 6 oktyabr, AZƏRTAC
Tayvana güclü küləklər və leysan yağışları gətirən “Koinu” qasırğası Çinin materik hissəsinə doğru irəliləyir.
AZƏRTAC Associated Press agentliyinə istinadla xəbər verir ki, Çinin Meteorologiya İdarəsinin məlumatına görə, “Koinu” Quandun əyalətinə və Honkonqa yaxınlaşmaqdadır. Oktyabrın 7-si səhər saatlarınadək bir qədər zəifləyəcəyi gözlənilən qasırğa hərəkət istiqamətini cənub-qərbə doğru dəyişəcək.
Cümə günü səhər Honkonqdan 370 kilometr məsafədə yerləşən qasırğa saatda 10 kilometr sürətlə hərəkət edir. Bununla əlaqədar Quandun əyalətində bərələrin hərəkəti dayandırılıb və bir neçə aviareys ləğv olunub.
Qeyd edək ki, oktyabrın 4-də Tayvanı vuran “Koinu” qasırğası bir nəfərin ölümünə, 400-ə yaxın insanın isə xəsarət almasına səbəb olub. Bu, cari ildə Tayvanı cənginə alan ikinci qasırğadır. Sentyabr ayında “Haykuy” qasırğası adada torpaq sürüşmələrinə səbəb olmuşdu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [12:45]
Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb
- 02.10.2026 [12:36]
Tehran hava limanında uçuşların sayı 42 faiz azalıb
- 02.10.2026 [11:57]
Fransada liseylərdə etirazlar davam edir
- 02.10.2026 [11:35]