Kolumbiya hakimiyyəti və üsyançılar atəşkəsin uzadılması barədə razılığa gəlib
Bakı, 6 fevral, AZƏRTAC
Kolumbiya hökuməti və radikal solçu Milli Azadlıq Ordusu ötən il avqustun 3-dən qüvvədə olan atəşkəs rejiminin daha altı ay uzadılması barədə razılıq əldə ediblər.
AZƏRTAC EFE agentliyinə istinadla xəbər verir ki, bu barədə tərəflərin yayımladığı bəyanatda deyilir.
2022-ci ildə Kolumbiya Prezidenti Qustavo Petro hökuməti təxminən 60 il davam edən və 450 mindən çox insanın ölümünə səbəb olan münaqişənin həllinə yönələn “ümummilli sülh” siyasəti çərçivəsində üsyançılarla danışıqları bərpa edib.
Qeyd edək ki, Milli Azadlıq Ordusu Kolumbiyada fəaliyyət göstərən ən güclü üsyançı qruplardan biridir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]
İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər
- 08.06.2026 [17:30]
Oman yaxınlığında Vaşinqtonun sanksiyaları altında olan tanker vurulub
- 08.06.2026 [16:50]