KOMİSSİYA QƏZA VƏZİYYƏTİNDƏ OLAN BİNALARI MÜƏYYƏN ETMİŞDİR
Rayon icra hakimiyyətində AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, mütəxəssislərdən ibarət komissiya 20 təhsil, səhiyyə, mədəniyyət binasının, 3 inzibati binanın, 196 nəfərlik 4 yaşayış binasının qəza vəziyyətində olduğunu müəyyən etmişdir. Respublika Dövlət Layihə İnstitutunun mütəxəssisləri də həmin binalara baxış keçirmişlər. Qəza vəziyyətində olan binaların bərpası üçün layihə-smeta sənədlərinin hazırlanmasına başlanmışdır.