Kommersiya hüquqi şəxslərin 87,3 faizi MMC formasında təşkil olunub
Bakı, 22 aprel, AZƏRTAC
Aprelin 1-nə ölkədə qeydiyyatda olan kommersiya hüquqi şəxslərin 87,3 faizi məhdud məsuliyyətli cəmiyyət (MMC) formasında təşkil edilib. Səhmdar cəmiyyətlərin xüsusi çəkisi isə 1,5 faizdir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, birinci rüb ərzində fəaliyyəti aktiv olan hüquqi şəxslərin 85 faizi kommersiya qurumlarıdır. Ümumiyyətlə, üç ayda 128 min 132 kommersiya qurumundan 70 min 400-nün və ya ümumi kommersiya qurumlarının 54,9 faizinin vəziyyəti aktiv olub. Aktiv kommersiya qurumlarının sayı 11 min 462 vahid (119,4 faiz), xüsusi çəkisi isə 54,9 faiz artıb.
Kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 20 min 667 vahid təşkil edərək 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 3893 vahid (123,2 faiz) artıb, onların xüsusi çəkisi isə 29,4 faiz çox olub. Ümumiyyətlə, müqayisə edilən dövrdə kommersiya qurumlarının tərkibində ƏDV ödəyicilərinin sayı 5 min 399 vahid və ya 27,3 faiz artaraq 34 min 940 vahid təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:25]
Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]