KONKUR ÜZRƏ “FEDERASİYA KUBOKU” UĞRUNDA TURNİR KEÇİRİLƏCƏKDİR
Bakı, 3 iyul (AZƏRTAC). İyulun 11-də Bakı Cıdır Meydanında Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşəbbüsü və təşkilatçılığı ilə konkur üzrə “Federasiya kuboku” uğrunda turnir keçiriləcəkdir.
Federasiyadan bildirmişlər ki, həmin gün “Sərhədçi” İdman Klubunun, “Günay” Atçılıq Təsərrüfatının və Respublika Atçılıq İdman Məktəbinin idmançıları yarışların baş mükafatına sahib olmaq uğrunda mübarizə aparacaqlar.
Yarışlar iki gitdən ibarət olacaqdır. Birinci git üçün maksimal hündürlük 120 santimetr müəyyən edilmişdir. İkinci - həlledici gitdə isə idmançılar maksimal hündürlüyü 130 santimetr olan maneələri dəf etməli olacaqlar.
Turnirin qaliblərinə kubok və diplom veriləcəkdir. Yarışların mükafat fondu 5 min manat müəyyən edilmişdir.
Xatırladaq ki, cari ilin ötən 6 ayında ARAF-ın təşkilatçılığı ilə “Bahar”, “Bakı”, “Sərhədçi” kubokları uğrunda yarışlar keçirilmişdir. Bundan əlavə, bu il mayın 8-dən 10-dək Bakıda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş Beynəlxalq Atçılıq Federasiyasının (FEİ) rəsmi turniri olan konkur üzrə dünya kubokunun təsnifat mərhələsi statusuna malik “Heydər Əliyev kuboku” uğrunda beynəlxalq turnir təşkil edilmişdir. Beynəlxalq tələblərə tam cavab verən bu yarışlar Azərbaycanda atçılıq idmanının inkişafına və idmançıların formalaşmasına öz töhfələrini vermişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:03]
“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]
Azərbaycanın minifutbol millisi dünya çempionatında yarımfinal oyununa çıxır
- 16.10.2026 [10:26]
Azərbaycan futzal millisi seçmə mərhələdə mübarizəyə başlayır
- 16.10.2026 [10:20]
Azərbaycanın qadın güləşçisi dünya ikincisi olub
- 16.10.2026 [10:13]