“Konq-rey” qasırğası Tayvanda 3 nəfərin ölümünə səbəb olub VİDEO
Pekin, 1 noyabr, AZƏRTAC
İlin 21-ci qasırğası olan “Konq-rey” Çinin Tayvan adasında ən azı 3 nəfərin ölümünə, 73 nəfərin xəsarət almasına, xeyli dağıntıya səbəb olub.
AZƏRTAC Çin mediasına istinadla xəbər verir ki, oktyabrın 31-də günortadan sonra adanın şərq sahillərinə çatan “Konq-rey” şiddətli yağış və güclü külək gətirib. Səlahiyyətli orqanlar məktəblərin, iş yerlərinin bağlanmasına, uçuşların, qatar və bərə səfərlərinin təxirə salınmasına qərar verib. Təxminən 10 min sakin təxliyə edilib.
Şimala doğru saatda 35 kilometr sürətlə hərəkət edən qasırğa Tayvan boğazını keçərək Çinin materik hissəsindəki Cıcian, Ciansu və Fucien əyalətlərinə çatıb. Meteoroloqlar bu bölgələrdə şiddətli yağış və güclü külək barədə xəbərdarlıq edib. Sahildə balıqçılıq təsərrüfatlarında çalışanlar təxliyə edilib, qayıqlar sahilə qayıdıb, dənizdə və sahildə tikinti işləri dayandırılıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [12:57]
Ukraynanın Xarkov vilayətinə hücum zamanı 7 mülki şəxs həlak olub
- 24.09.2026 [12:44]
İrakli Kobaxidze BMT-nin Baş katibi ilə regiondakı vəziyyəti müzakirə edib
- 24.09.2026 [12:41]
Maka Boçorişvili: Gürcüstan 2027-ci ildə ATƏT-ə sədrlik etməyə hazırdır
- 24.09.2026 [12:21]
Fransada COVID-19-a yoluxanların sayı artır
- 24.09.2026 [12:10]
Türkiyənin Şanlıurfa vilayətində 5,4 bal gücündə zəlzələ olub
- 24.09.2026 [11:21]
Bu gün Ümumdünya Dəniz Günüdür
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]