Konqoda vulkan püskürməsi nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb
Bakı, 25 may, AZƏRTAC
Konqo Demokratik Respublikasının şərqində Qoma şəhəri yaxınlığında yerləşən Niraqonqo vulkanının püskürməsi nəticəsində həlak olanların sayı 32 nəfərə çatıb.
AZƏRTAC Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb. “Həlak olanlar arasında doqquz nəfər lavada yanaraq, beş nəfər isə tüstü və ya zəhərli qazlardan boğularaq həyatını itirib”, - deyə yerli mülki müdafiə idarəsinin rəhbəri Cozef Makundi bildirib.
Mayın 22-də yerli vaxtla saat 19:00-da Şimali Kivu əyalətinin Qoma şəhəri yaxınlığında yerləşən Afrikanın ən aktiv vulkanlardan biri - Niraqonqo püskürməyə başlayıb. Təbii fəlakət səbəbindən Qoma şəhərinin şimal-şərq rayonlarında təxliyə elan olunub. Şəhərin yeddi minə yaxın sakini qonşu Ruandaya qaçıb.
Qeyd edək ki, Kivu gölündən 20 kilometr şimalda yerləşən Niraqonqo vulkanının hündürlüyü dəniz səviyyəsindən 3470 metrdir. Vulkan sonuncu dəfə 2002-ci ilin yanvar ayında püskürmüş və yerli KİV-lərin məlumatına görə təxminən 250 nəfərin həyatına son qoymuşdu. Təbii fəlakət nəticəsində Qoma şəhərinin 20 faizi xarabalığa çevrilmiş, 120 min insan isə evsiz qalmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:18]
Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək
- 12.10.2026 [15:48]