KONSTİTUSİYA MƏHKƏMƏSİNİN SƏDRİ İTALİYANIN AZƏRBAYCANDAKI SƏFİRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Azərbaycan Konstitusiya Məhkəməsi ilə İtaliya Konstitusiya Məhkəməsi arasında əməkdaşlığın yüksək səviyyədə olmasından razı qaldığını səfirin diqqətinə çatdıran Fərhad Abdullayev aprel ayında İtaliyaya etdiyi səfəri xatırlayaraq, orada keçirdiyi görüşlər barədə xoş təəssüratlarını danışdı. Fərhad Abdullayev Azərbaycanda son illərdə həyata keçirilən məhkəmə islahatları barədə səfirə məlumat verdi və bu islahatlar çərçivəsində vətəndaşların Konstitusiya Məhkəməsinə birbaşa müraciət etmək hüququ prosedurasını açıqladı. Daha sonra Fərhad Abdullayev noyabr ayında Avropa Şurası Venesiya Komissiyası ilə birgə Bakıda keçiriləcək konfransda iştirak etmək üçün İtaliyanın Konstitusiya Məhkəməsinin sədrinə ünvanladığı rəsmi dəvət məktubunu səfirə təqdim etdi.
Səfir Can Luici Maşa səmimi qəbula görə Konstitusiya Məhkəməsinin sədrinə təşəkkür edərək ölkələrimizin konstitusiya nəzarəti orqanları arasında mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğuladı. Həmçinin səfir İtaliyanın yüksək məhkəmə orqanı rəhbərinin Bakı şəhərinə səfər etməsinin dövlətlərarası əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyinə əmin olduğunu bildirdi.
Görüşdə noyabr ayında keçiriləcək konfransla bağlı digər məsələlər də müzakirə edildi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [11:30]
Parlament Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsini təsdiqləyib
- 16.10.2026 [11:07]
Milli Məclisdə 12 məsələnin müzakirəsinə başlanılıb
- 16.10.2026 [10:12]
Sultan Hacıyev AQEM-in yeni Baş katibi təyin olunub
- 16.10.2026 [00:12]