Könüllülərlə “İnformasiya təhlükəsizliyi: gənclər sosial mediada” mövzusunda videokonfrans keçirilib
Bakı, 21 iyul, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İslahat Könüllüləri Təşkilatının təşəbbüsü ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədovun könüllülərlə “İnformasiya təhlükəsizliyi: gənclər sosial mediada” mövzusunda görüşü keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, R.Məmmədov könüllülərlə aparılan onlayn müzakirə zamanı sosial medianını imkanlarından düzgün istifadə etməyin əhəmiyyətindən danışıb. O bildirib ki, cəmiyyətin daha innovativ və effektiv təbəqəsi kimi gənclər bu istiqamətdə daha məlumatlı və tədbirli olmalıdırlar.
Videokonfransda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İslahat Könüllüləri ilə yanaşı, Miqrasiya könüllüləri, ASAN könüllüləri, DOST könüllüləri, QİDA könüllüləri, Könüllü gömrükçülər, aqrar inkişaf könüllüləri, nəqliyyat könüllüləri də olmaqla müxtəlif könüllü təşkilatlarından 100-dək gənc iştirak edib.
Müzakirənin sonunda R.Məmmədov könüllülərin suallarını cavablandırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [12:19]
® Təhsil işçilərinə nağd pul kreditində 7 faizədək endirim
- 24.09.2026 [12:17]
“Culfa” tankeri əsaslı təmir edilərək istismara qaytarılıb
- 24.09.2026 [11:57]
FAO nümayəndəsi: Dünyada 75 faiz toxum növü yox olub
- 24.09.2026 [11:29]
Agentlik rəsmisi: Toxumun keyfiyyətinin təminatı və izlənməsi asanlaşıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]