KOR VƏ ZƏİF GÖRƏN ŞAGİRDLƏR ÜÇÜN DƏRSLİKLƏRİN TƏQDİMATI
Nazirliyində kor və zəif görən uşaqların təhsil aldıqları respublika internat məktəbin şagirdləri üçün Türkiyənin ölkəmizdəki səfirliyinin təşəbbüsü ilə qardaş ölkədə hazırlanmış dərslik və dərs ləvazımatının təqdimat mərasimi keçirilmişdir.
Təhsil Naziri Misir Mərdanov mərasimi açaraq, Türkiyənin Bakıdakı səfiri Əhməd Ünal Çeviközü salamlamaqdan məmnunluq duyduğunu bildirdi.
Qardaş ölkələrimiz arasında elm və təhsil sahəsində əlaqələrin inkişafını, Türkiyənin Azərbaycana göstərdiyi köməyi yüksək dəyərləndirən nazir bu mərasimin çox böyük xeyirxah məqsəd daşıdığını vurğuladı. O, bildirdi ki, respublikamızda kor və zəif görən uşaqların təhsil aldıqları internat məktəbin şağirdləri üçün Türkiyədə nəşr olunmuş tədris ləvazımatı Bakıya gətirilmişdir.
Azərbaycanda latın qrafikasına keçilməsi ilə əlaqədar xüsusi tədris vəsaitlərinin nəşri ilə bağlı ölkəmizdə yaranmiş problemin aradan qaldırılmasına yardımçı olduqlarına görə qardaş ölkənin Bakıdakı səfiri Əhməd Ünal Çeviközə və Türkiyə hökumətinə minnətdarlığını bildirən natiq həmin dərslik və dərs ləvazimatının uşaqların təhsilində böyük rol oynayacağını vurğuladı.
Nazir birinci sinif şagirdləri üçün “Əlifba” kitabını, hekayələr toplusunu, tematik kasetləri mərasim iştirakçıları qarşısında nümayiş etdirdi.
Ünal Çeviköz 150 -dən çox şagird üçün hazırlanmış dərslik və tədris ləvazimatını xüsusi internat məktəbinin direktoru Namiq Hüseynquluyevə təqdim etdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [12:12]
“Məktəb, elm və ədəbiyyat” layihəsi uşaqlarda mütaliə sevgisini gücləndirir
- 04.06.2026 [11:20]
Dövlət qulluğu imtahanlarında iştirak edəcək namizədlərin sayı açıqlanıb
- 04.06.2026 [11:10]
BDU-nun Astrofizika kafedrası: Bu gün geomaqnit qasırğası başlayır
- 04.06.2026 [10:18]
Doktorantura və fəlsəfə doktoru imtahanlarının qrafiki müəyyənləşib
- 04.06.2026 [00:15]
BDU “Bakı Enerji Həftəsi” çərçivəsində innovativ layihə ilə təmsil olunub
- 03.06.2026 [22:24]