KOR VƏ ZƏİF GÖRƏNLƏR ÜÇÜN MASAJÇI PEŞƏ REABİLİTASİYA MƏKTƏBİ AÇILMIŞDIR
Tədbirdə cəmiyyətin prezidenti Səmiyar Abdullayev kor və zəif görən insanların, işlə təmin olunması ilə əlaqədar onların peşə bacarıqlarının artırılmasında bu məktəbin fəaliyyətinin əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki,12 ildir fəaliyyətsiz qalan məktəb binasının təmir-tikinti və bərpa işləri Böyük Britaniyanın OXFAM Beynəlxalq Humanitar Təşkilatının “Gözdən əlil insanların hüquqlarının dəstəklənməsi layihəsi” çərçivəsində ayrılmış 16 min 500 AZN məbləğində vəsait hesabına həyata keçirilmişdir. Həmçinin, məktəb avadanlığının, mulyaj, skelet və relyefli atlasların alınması üçün əlavə 10 min AZN məbləğində vəsait sərf edilmişdir.
Məktəbə müsahibə yolu ilə 32 nəfər qəbul olunmuş və onlar sentyabrdan başlayaraq, bir il ərzində təhsil alacaqlar. Məktəbin səriştəli kadrlar yetirməsi üçün tədrisə tibb müəssisələrində çalışan peşəkar müəllim də cəlb olunmuşdur. Məktəbi bitirənlərə Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin diplomu təqdim olunacaq və onlar müxtəlif tibb müəssisələrində işləmək imkanı əldə edəcəklər.
Sonra məktəbin tədris və təcrübə otaqları ilə ümümi tanışlıq olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]