Koronavirus pandemiyası təhlükəsinə qarşı dezinfeksiya işləri aparılır
Ağsu, 28 noyabr, AZƏRTAC
Ağsu rayonunda koronavirus pandemiyası təhlükəsinə qarşı Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq dezinfeksiya işləri davam etdirilir.
Rayon gigiyena və epidemiologiya mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, dezinfeksiya işləri qrafikə əsasən 3 qrupda 15 nəfər tərəfindən aparılır. Son iki gündə rayonun idarə, müəssisə və təşkilatlarının inzibati binaları, ictimai yaşayış evlərinin həyət və dəhlizləri dezinfeksiyaedici məhlulla yuyulub.
Mərkəzdən, habelə bildirilib ki, Ağsu Tədris Mərkəzində fəaliyyəti koronavirus təhlükəsi ilə əlaqədar artıq dördüncü gündür dayandırılıb. Bina iki dəfə dezinfeksiya olunub. Sakinində koronavirus infeksiyası aşkar edilən yaşayış evləri və ətraf ərazilər nəzarətə götürülərək mütəmadi olaraq dezinfeksiyaedici məhlulla yuyulur.