Kosta-Rika Kubadakı səfirliyini bağlamaq qərarına gəlib
Bakı, 19 mart, AZƏRTAC
Kosta-Rika Kubadakı səfirliyini bağlamaq qərarına gəlib və Havananı diplomatik münasibətlərin səviyyəsini aşağı salmağa çağırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “EFE” agentliyi məlumat yayıb.“Kosta-Rikanın Kubadakı səfirliyini bağlamaq qərarına gəldik və Kuba hakimiyyətini oxşar tədbirlər görməyə - akkreditə olunmuş diplomatik heyəti geri çağırmağa və ölkəmizdə yalnız konsulluq missiyasını saxlamağa çağırırıq”, - deyə Kosta-Rikanın xarici işlər naziri Arnoldo Tinoko bildirib.
Vəziyyəti şərh edən Kosta-Rika Prezidenti Rodriqo Çaves Kuba vətəndaşları üçün yaratdığı yaşayış şəraitinə görə Havanada mövcud hakimiyyətinin legitimliyini tanımadıqlarını vurğulayıb.
Kuba Xarici İşlər Nazirliyi isə öz növbəsində Kosta-Rikanın ABŞ-nin təzyiqi altında Havana ilə münasibətləri məhdudlaşdırdığını qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [18:36]
Ukrayna Silahlı Qüvvələri Rusiyanın strateji obyektlərinə zərbələr endirib
- 04.06.2026 [17:48]
“Amazon” şirkəti 25 min yeni iş yeri yaradacaq
- 04.06.2026 [17:30]
Qazaxıstanda 35 metrlik bayraq dirəyi olan Müstəqillik xiyabanı açılıb
- 04.06.2026 [16:39]
İran XİN: Tehran Hörmüz boğazından keçid üçün heç bir ödəniş almayacaq
- 04.06.2026 [16:29]