Kriştiano Ronaldo 500-cü qolunu vurub
Bakı, 16 dekabr, AZƏRTAC
Futbol üzrə Portuqaliya millisinin və “Real Madrid klubunun ulduzu Kriştiano Ronaldo klub karyerası ərzində 500-cü qolunu vurub.
AZƏRTAC xəbər verir ki, potuqaliyalı futbolçu bu nəticəyə Yaponiyada keçirilən klublararası dünya çempionatında imza atıb. Belə ki, yarışın yarımfinal mərhələsində Meksikanın “Amerika” klubu ilə qarşılaşmada 2:0 hesabı ilə qələbə qazanan İspaniyanın “Real Madrid” klubunun ikinci qolunu Ronaldo vurub. Bununla da “kral” klubunun hücumçusu yubiley qolunu rəsmiləşdirib.
Dörd dəfə “Qızıl top”u qazanmış Ronaldo klub karyerasında 377 dəfə Madrid təmsilçisinin heyətində, 118 dəfə “Mançester Yunayted” komandasında, 5 dəfə isə “Sportinq” klubunda rəqib qapılarına yol tapıb.
Xatırladaq ki, Şimali Amerika təmsilçisi ilə qarşılaşmada ilk qolu fransalı futbolçu Kərim Benzema vurub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]
Azərbaycan Kubokunda yeni mövsümə start verilir
- 07.10.2026 [10:13]
Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır
- 07.10.2026 [09:49]
Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında tatamiyə çıxır
Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb
- 06.10.2026 [23:47]
“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib
- 06.10.2026 [22:46]
Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar
- 06.10.2026 [21:45]
Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi
- 06.10.2026 [20:59]