Kristiansann İncəsənət Muzeyi dünyanın ən gözəl muzeyi seçilib
Stokholm, 5 dekabr, Nərgiz Cəfərli, AZƏRTAC
Norveçin Kristiansann şəhərindəki Kunstsilo muzeyi UNESCO-nun Parisdəki qərargahında hər il təqdim olunan nüfuzlu “Prix Versailles” memarlıq mükafatının təqdimatında dünyanın ən gözəl muzeyi seçilib.
AZƏRTAC xəbər verir ki, bu nüfuzlu mükafata dünyanın ən yaxşı müasir memarlıq layihələri layiq görülür.
Muzeyin direktoru Mariya Mediaas Yörstad komandanın bu mükafatdan inanılmaz dərəcədə xoşbəxt və qürurlu olduğunu və bunun ilk növbədə layihənin memarlarının xidməti olduğunu vurğulayıb.
Keçən il açılan Kunstsilo Muzeyində Norveç Neft Fondunun rəhbəri Nikolaj Tangenin kolleksiyası da daxil olmaqla təxminən 7500 sənət əsəri saxlanılır. Muzey bundan əvvəl İspaniyanın nüfuzlu memarlıq mükafatını alıb.
Parisdə keçirilən mükafatlandırma mərasiminə Kristiansann meri Matias Bernander də daxil olmaqla Norveç nümayəndə heyəti gəlib. O, muzeyin qələbəsini inanılmaz bir uğur adlandırıb, şəhər və Kunstsilonun yaradılmasında iştirak edən hər kəslə qürur duyduğunu bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [15:14]
Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək
- 06.06.2026 [15:06]
Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib
- 06.06.2026 [13:27]
PUA hücumu nəticəsində Livan generalı ölüb
- 06.06.2026 [12:53]
Qardabanidə məktəbliləri aparan mikroavtobus qəzaya uğrayıb
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [21:56]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [21:42]
Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir
- 05.06.2026 [20:51]
Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq
- 05.06.2026 [20:28]
MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb
- 05.06.2026 [20:20]