Krivoy Roqda raketlə vurulan yaşayış binasında azərbaycanlıların olub-olmadığı araşdırılır
Kiyev, 13 iyun, AZƏRTAC
İyunun 13-nə keçən gecə Rusiya silahlı qüvvələrinin Ukraynanın Krivoy Roq şəhərində yaşayış binasını raketlə vurması nəticəsində ölən və xəsarət alanlar arasında azərbaycanlıların olub-olmadığı araşdırılır.
Bu barədə AZƏRTAC-a Ukrayna Azərbaycanlıları Konqresinin Krivoy Roq şəhər təşkilatının sədri Rəmzi Rzayev məlumat verib.
Onun sözlərinə görə, ilkin məlumata əsasən, raketlə vurulan binada soydaşlarımız yaşamayıb, lakin ona yaxın yaşayış binasında azərbaycanlı olub. Soydaşımız hər hansı xəsarət almayıb.
Qeyd edək ki, ötən gecə Krivoy Roqda yaşayış binasının raketlə vurulması nəticəsində azı 3 nəfər həlak olub, 25-i yaralanıb, 7 nəfər isə dağıntılar altında qalıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 30.09.2026 [19:57]
“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO
- 30.09.2026 [17:06]