Kür çayının aşağı axınında isə suyun səviyyəsində əsasən azalma qeydə alınmışdır
Bakı, 21 fevral (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti fevralın 21-də çayların sululuğu ilə bağlı apardığı araşdırmanın nəticələrini açıqlamışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, araşdırmanın nəticələrinə əsasən, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 140-200, Kiçik Qafqazın çaylarında 120, Lənkəran-Astara bölgəsi çaylarında 40-60, Naxçıvan MR çaylarında isə 40 faizini təşkil etmişdir. Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 27 santimetr artmışdır. Hazırda məntəqədə su sərfi saniyədə 205 kubmetrdir.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsinin 2 santimetr azaldığı müşahidə olunmuşdur.
Kür çayının aşağı axınında isə suyun səviyyəsində əsasən azalma qeydə alınmışdır.
Hazırda Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada suyun səviyyəsi 342, Şirvanda 188, Salyanda 180, Bankədə 191, Araz çayının Novruzlu məntəqəsində isə 107 santimetrdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]