Kür çayının aşağı axınında suyun səviyyəsi artmışdır
Bakı, 29 iyul (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti çayların sululuğu ilə bağlı apardığı araşdırmanın nəticələrini açıqlamışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, araşdırmaya görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 10-70, Kiçik Qafqazın çaylarında 60-90, Lənkəran-Astara bölgəsi çaylarında 50-90, Naxçıvan MR çaylarında isə 30 faizini təşkil etmişdir.
Son üç gün ərzində Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsinin 25 santimetr artdığı, su sərfinin saniyədə 188 kubmetr olduğu qeydə alınmışdır.
İyulun 29-da Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 7 santimetr artım müşahidə olunmuşdur. Məntəqədə su sərfi saniyədə 89.0 kubmetr təşkil etmişdir.
Kür çayının aşağı axınında da suyun səviyyəsinin əsasən artdığı müəyyən edilmişdir.
Hazırda Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 328, Şirvanda 154, Salyanda 85, Bankədə 219, Araz çayının Novruzlu məntəqəsində isə 60 santimetrdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]