Kür çayının aşağı axınında suyun səviyyəsi azalmışdır
Bakı, 5 oktyabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən oktyabrın 5-də çaylarda sululuqla bağlı araşdırma aparılmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, araşdırmaya görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-120, Kiçik Qafqazın çaylarında 60-70, Lənkəran-Astara bölgəsi çaylarında 15-45, Naxçıvan MR çaylarında isə 60 faizini təşkil etmişdir.
Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 santimetr artım qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi saniyədə 92 kubmetrdir.
Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsinin 2 santimetr azaldığı müəyyən edilmişdir.
Eyni hal Kür çayının aşağı axınında müşahidə olunmuşdur. Belə ki, çayın Surra məntəqəsində suyun səviyyəsi 2, Şirvanda 8, Salyanda 23, Bankədə 12, Araz çayının Novruzlu məntəqəsində isə 35 santimetr düşmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]