Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunmuşdur
Bakı, 3 iyun (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyi çayların suluğu ilə bağlı apardığı araşdırmanın nəticələrini açıqlamışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, araşdırmaya görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-70, Kiçik Qafqazın çaylarında 70-100, Lənkəran-Astara bölgəsi çaylarında 20-50, Naxçıvan MR çaylarında isə 20 faizini təşkil etmişdir.
Son 3 gün ərzində Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 43, Qanıx çayının Əyriçay məntəqəsində isə 4 santimetr azalma müşahidə olunmuşdur.
İyunun 3-də Kür çayının aşağı axınındakı Surra məntəqəsində suyun səviyyəsində 20, Şirvanda 3, Araz çayının Novruzlu məntəqəsində 18 santimetr azalma qeydə alınmışdır. Kür çayının Salyan və Bankə məntəqələrində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmamışdır.
Bütün məntəqələrdə suyun səviyyəsinin ötən ilin müvafiq dövrü ilə müqayisədə yüksək olduğu müəyyən edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]