Kür çayının Bankə məntəqəsində suyun səviyyəsi 9 santimetr artıb
Bakı, 10 mart, AZƏRTAC
Martın 10-da Kiçik Qafqazın ərazisindən axan Kürəkçayın Çaykənd və Zəyəmçayın Ağbaşlar məntəqələrində suyun səviyyəsi 2, Şəmkirçayın Qalakənd məntəqəsində 1 santimetr artıb. Gəncəçayın Zurnabad, o cümlədən Lənkəran-Astara bölgəsindən axan Lənkərançayın Sifidor, Təngərüdçayın Vaqo, Viləşçayın Şıxlar və Böyük Qafqazın ərazisindən axan Vəlvələçayın Təngəaltı məntəqələrində suyun səviyyəsi dəyişməyib. Qusarçayın Kuzun məntəqəsində isə suyun səviyyəsində 1 santimetr azalma müşahidə olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 santimetr artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi 193 kubmetr/saniyə qeydə alınır ki, bu da ongünlük normanın 80 faizini təşkil edir, sululuq keçən il ilə müqayisədə 29 faiz çoxdur.
Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 33,5 kubmetr təşkil edir ki, bu da ongünlük normanın 40 faizinə bərabərdir, sululuq keçən il ilə müqayisədə 5 faiz azdır.
Kür-Surra məntəqəsində suyun səviyyəsi dəyişməyərək 279 santimetr, su sərfi isə 56 kubmetr/saniyə olub. Kür-Şirvanda suyun səviyyəsi 8 santimetr artaraq 67, Kür-Bankədə 9 santimetr artaraq 93, Araz-Novruzluda isə 1 santimetr artaraq 41 santimetr olub.