Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 18 santimetr artıb
Bakı, 11 aprel, AZƏRTAC
Aprelin 11-də Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-120, Kiçik Qafqazın çaylarında 40-110, Lənkəran-Astara bölgəsi çaylarında isə 10-50 faizini təşkil edib.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 18 santimetr artım müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 270 kubmetr təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində dəyişiklik baş verməyib. Bu məntəqədə su sərfi saniyədə 103 kubmetr olub.
Kür çayının aşağı axınında suyun səviyyəsinin əsasən azaldığı müəyyən edilib. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 17 santimetr azalma qeydə alınıb.
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 414, Şirvanda 319, Salyanda 240, Bankədə 195, Novruzlu məntəqəsində isə 118 santimetrdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]