KÜRDƏMİRDƏ GÜCLÜ YANĞIN BAŞ VERMİŞDİR
Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin ictimaiyyətlə əlaqələr mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, Kürdəmir sakini Şərafəddin Manafova məxsus evdə güclü yanğın baş vermişdir. Nəticədə ümumi sahəsi 300 kvadratmetr olan ev əşyaları ilə birlikdə yararsız vəziyyətə düşmüşdür.
Bakı-Şamaxı yolunun 13-cü kilometrində isə Çingiz Əliyevə məxsus “VAZ-2106” markalı avtomaşın yanmışdır.
Hadisələrin səbəbləri araşdırılır.