Kürdəmirdə ölümlə nəticələnən yol qəzası baş verib
Kürdəmir, 12 may, AZƏRTAC
Kürdəmirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə dünən axşam saat 22 radələrində Ağsu-Kürdəmir-İmişli yolunun 57-ci kilometrində, Kürdəmir rayonunun Mollakənd kəndindən keçən hissəsində olub. Kürdəmir rayon sakini, 1981-ci il təvəllüdlü Ceyfun Davud oğlu Ağayevin idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə İmişli rayon sakini, 1986-cı il təvəllüdlü Emin Aldos oğlu Ağayevin idarə etdiyi “VAZ-2106” markalı minik avtomobili toqquşub. Nəticədə “VAZ-2106” markalı avtomobilin sürücüsü Emin Ağayev aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.