Kürün aşağı axınında suyun səviyyəsi artmışdır
Bakı, 24 may (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyi çayların sululuğu ilə bağlı apardığı araşdırmanın nəticələrini açıqlamışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, araşdırmaya görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-80, Kiçik Qafqazın çaylarında 40-60, Lənkəran-Astara bölgəsi çaylarında 60-100, Naxçıvan Muxtar Respublikası çaylarında isə 20 faizini təşkil etmişdir.
Son 4 gün ərzində Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 29, Qanıx çayının Əyriçay məntəqəsində isə 29 santimetr azalma müşahidə olunmuşdur.
Mayın 24-də Kür çayının aşağı axınında və Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsində artım qeydə alınmışdır.
Hazırda Kürün Surra məntəqəsində suyun səviyyəsi 465, Şirvanda 362, Salyanda 259, Bankədə 247, Araz çayının Novruzlu məntəqəsində isə 185 santimetrdir.
Bütün məntəqələrdə suyun səviyyəsinin ötən ilin müvafiq dövrü ilə müqayisədə yüksək olduğu müəyyən edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]