KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİ ARASINDA FUTZAL ÜZRƏ “XATİRƏ KUBOKU” TURNİRİ START GÖTÜRMÜŞDÜR
Bakı, 20 iyun (AZƏRTAC). İyunun 20-də ümummilli lider Heydər Əliyevin Azərbaycanda ilk dəfə hakimiyyətə gəlişinin 40-cı ildönümünə həsr olunmuş jurnalistlər arasında futzal üzrə “Xatirə kuboku” turnirinə start verilmişdir.
Yarışın açılış mərasimində çıxış edən turnirin təşkilatçısı “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu ulu öndərin mətbuatın inkişafına daim diqqət və qayğı ilə yanaşdığını bildirmişdir. Milli Məclisin deputatı Aydın Mirzəzadə demişdir ki, hələ ötən əsrin 60-cı illərinədək Azərbaycan sovet respublikaları arasında iqtisadi inkişafına görə geridə qalırdı. Lakin 1969-cu ildə Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bütün sahələrdə dinamik canlanma müşahidə olunmağa başladı. Heydər Əliyevin həmin ildə hakimiyyətə gəlişi ilə bugünkü müasir müstəqil Azərbaycan dövlətinin inkişaf bünövrəsi qoyuldu.
Mərasimdə Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov, gənclər və idman nazirliyinin nümayəndələri çıxış edərək turnir iştirakçılarına uğurlar arzuladılar.
Gənclər və İdman Nazirliyinin bazasında (“Neftçi” futbol klubunun keçmiş təlim bazası) keçirilən turnirin ilk günü B qrupunda yarışan Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AZƏRTAC) komandası “Lider TV”-nin kollektivi ilə görüşmüşdür. Oyun 8:3 hesabı ilə “Lider TV”-nin qələbəsi ilə başa çatmışdır.
AZƏRTAC-ın kollektivi növbəti görüşünü iyunun 28-də “Zaman”-“Çempion” qəzetlərinin birləşmiş komandasına qarşı keçirəcəkdir.
Digər görüşlərdə aşağıdakı nəticələr qeydə alınmışdır: “Yeni Azərbaycan”-“Səs qəzeti” - 13:6, “Şərq-525”-“Paritet-Palitra” - 11:6, “Xəzər TV”-“ANS” - 5:2.
Turnirdə 16 komanda 4 qrupda yarışır. Əsasnaməyə görə, qrupda birinci-ikinci yerləri tutmuş komandalar növbəti mərhələyə vəsiqə qazanacaqlar. Dairəvi sistem üzrə keçirilən yarış iyulun 14-də başa çatacaqdır.
######
![]() |
![]() |
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [10:26]
Azərbaycan futzal millisi seçmə mərhələdə mübarizəyə başlayır
- 16.10.2026 [10:20]
Azərbaycanın qadın güləşçisi dünya ikincisi olub
- 16.10.2026 [10:13]
Azərbaycan Premyer Liqasında VIII tur start götürür
- 16.10.2026 [01:49]
UEFA Konfrans Liqası: “Trabzonspor” səfərdə “KuPS” komandasını məğlub edib
- 16.10.2026 [01:43]
UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a böyük hesabla qalib gəlib
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]
“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır
- 15.10.2026 [23:16]
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
- 15.10.2026 [22:43]
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
- 15.10.2026 [22:24]
Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb
- 15.10.2026 [21:39]
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var
- 15.10.2026 [21:35]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:48]
Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir
- 15.10.2026 [20:35]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [20:28]
® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim
- 15.10.2026 [20:11]
Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır
- 15.10.2026 [20:01]
Bu saata olan əsas xəbərlər
- 15.10.2026 [20:00]
Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib
- 15.10.2026 [19:59]
Şərurda müşavirə keçirilib
- 15.10.2026 [19:52]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:19]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:18]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [19:00]
YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH
- 15.10.2026 [18:51]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [18:49]
Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb
- 15.10.2026 [18:43]
Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir
- 15.10.2026 [18:42]
Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir
- 15.10.2026 [18:28]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 15.10.2026 [18:28]
Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb
- 15.10.2026 [18:19]

