Kyodo News: Pentaqon rəhbəri Yaponiyaya səfər edəcək
Tokio, 18 may, AZƏRTAC
ABŞ-ın müdafiə naziri Ceyms Mettis iyunun sonlarında Yaponiyaya səfər edəcək.
AZƏRTAC xəbər verir bu barədə Kyodo agentliyi məlumat yayıb.
Məlumatda qeyd edilir ki, ABŞ Prezidenti Donald Trampın Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In ilə gözlənilən tarixi görüşündən sonra Pentaqon rəhbəri Yaponiyanın müdafiə naziri İtsunori Onodera ilə müzakirələr aparacaq.
Müzakirələrin əsas mövzusunun Koreya yarımadasında vəziyyətlə bağlı olacağı gözlənilir.
Mayın 17-də D.Tramp bəyan edib ki, bir neçə il əvvəl Liviyanın sabiq rəhbəri Müəmmər Qəddafi ilə olduğu kimi, ABŞ-ın KXDR liderini devirmək planı yoxdur. ABŞ Prezidenti əlavə edib ki, Kim Çen In ilə əldə ediləcək razılaşmalara əsasən onun hakimiyyətdə qalacağına zəmanət veriləcək.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]