LA MANŞ TUNELİNDƏ YANĞIN ZAMANI 14 NƏFƏR YARALANMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, sentyabtın 11-də günortadan sonra Fransanı İngiltərə ilə birləşdirən məşhur La-Manş tunelində baş verən yanğın nəticəsində 14 nəfər yaralanmışdır.
Yanğın tunelin Fransa tərəfindəki çıxışına 5 kilometr qalmış hissəsində baş vermişdir. Yanğınsöndürmə idarəsi rəsmisinin verdiyi məlumata görə, tuneldə hərəkət edən yük maşınının həddindən artıq qızmış əyləcində yaranmış qığılcımdan şinlər alovlanmışdır. Qısa müddətdə maşını bürümüş alov yaxınlıqdakı iki maşına da keçmişdir.
Hadisə yerinə gələn daxili işlər naziri xanım Mişel Allyo-Mari yanğının qəza nəticəsində baş verdiyini təsdiq etmişdir.
Yanğın zamanı 14 nəfər yaralanmışdır. Yaralılar təcili surətdə Fransanın Kale şəhər xəstəxanasına yeləşdirilmişlər.
30 yük maşını və 32 nəfərin olduğu avtobus dərhal tunnelin təhlükəsiz hissəsinə köçürülmüşdür. İki ölkə arasında sürət qatarlarının hərəkəti sentyabrın 13-nə kimi təxirə salınmışdır.
Xatıqladaq ki, 1996—cı ildə baş vermiş qəza tunnelin fəaliyyətinin bir ay, 2006-cı ildəki qəza isə bir neçə gün dayanmasına səbəb olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [15:31]
Yaponiyada 5,5 bal gücündə zəlzələ baş verib
- 16.06.2026 [15:09]
Tramp və Zelenski Parisdə görüşüblər
- 16.06.2026 [15:04]
Türkiyədə ilk dəfə 8 istiqamətli çarpaz qaraciyər əməliyyatı icra olunub
- 16.06.2026 [14:51]
Vyetnam 2030-cu ilə qədər yeddi yeni hava limanı inşa edəcək
- 16.06.2026 [14:25]