Latviya hökuməti “Rigvir” preparatının istifadəsini dayandırıb
Riqa, 5 iyun, AZƏRTAC
Latviyanın Tibbi Preparatlar Dövlət Agentliyi (SAM) xərçəng xəstələrinin müalicəsində istifadə olunan “Rigvir” adlı preparatın istifadəsini dayandırıb.
AZƏRTAC xəbər verir ki, SAM preparatın tərkibində bir neçə qüsur aşkarlayandan sonra bu qərarı verib. Qüsurların səbəbi hələ də aydınlaşdırılmayıb.
Buna baxmayaraq, həmin dərmanın istifadəsi üçün qeydiyyatda olan 38 xəstə, habelə 5 xəstəxana və 16 onkoloq preparatın istifadəsinin davamı üçün rəsmi müraciət ediblər. Səhiyyə müfəttişliyi müraciətləri nəzərə alaraq, dərmandan həkim nəzarəti altında məhdud qaydada istifadəyə icazə verib. Lakin yeni xəstələrə bu dərman təyin olunmayacaq.
Latviyada istehsal edilən “Rigvir” preparatı dəri xərçənginin müalicəsində istifadə olunur və tam dövlət nəzarətindədir. Preparat həmçinin Özbəkistan, Gürcüstan və Ermənistanda da qeydiyyatdan keçib. Dərmanın tətbiqinin dayandırılması ciddi narazılıqlara səbəb olub.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]