Latviya xaricdən tibbi kadrlar cəlb etmək niyyətindədir
Riqa, 29 mart, AZƏRTAC
Latviyada son illərdə kəskin tibbi kadr çatışmazlığı müşahidə olunur. Hökumət bunu aradan qaldırmaq üçün müxtəlif tədbirlər görür.
AZƏRTAC xəbər verir ki, bu problem hazırda bütün Avropa İttifaqında mövcuddur. Vəziyyət belə davam edərsə, 2020-ci ildə tibb sahəsində 15 faiz heyət çatışmazlığı olacaq. Latviyada 2018-ci ildə həyata keçirilməsi nəzərdə tutulan 5119 əməliyyatdan 4657-si yerinə yetirilib.
Hazırda Latviya hökuməti xaricdən, o cümlədən Azərbaycandan tibb əməkdaşlarını cəlb etməkdə maraqlıdır. Tələblər sırasına latış dilini bilmək, yerli qanunvericiliklə tanış olmaq və diplomu yerli orqanlarda tanıtmaq daxildir. Əsasən ixtisaslaşmış mütəxəssislərə ehtiyac duyulur. 1991-ci ilədək diplom almış mütəxəssislərin işə düzəlməsi isə daha asandır.
Latviyada tibbi ixtisaslar üzrə təhsil alan tələbələr təhsillərini başa vurduqdan sonra əməkhaqqının digər Avropa ölkələrinə nisbətən az olduğunu əsas gətirərək köçüb gedirlər. Bunu nəzərə alan hökumət 2021-ci ildə həkimlərin əməkhaqqını minimum 2672 avroya, tibbi heyətin əməkhaqqını isə 1069 avroya çatdırmağı planlaşdırıb.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]