Latviyada 20-yə yaxın otel COVID-19 xəstələrinin ixtiyarına verilir
Riqa, 5 noyabr, AZƏRTAC
Latviyanın səhiyyə naziri İlze Vinkelenin COVID-19 xəstələrinin otellərdə dövlət tərəfindən maliyyələşdirilən özünütəcrid rejimini təşkil edilməsi təklifinə təxminən 20 otel öz razılığını ifadə edib.
AZƏRTAC ölkənin “LETA” agentliyinə istinadla xəbər verir ki, bu sözləri Latviyanın Otel və Restoranlar Assosiasiyasının icraçı direktoru Santa Qraykste söyləyib. S.Qraykste səhiyyə naziri İlze Vinkelenin etdiyi təklifin hələ yazda Ticarət və Sənaye Palatasının irəli sürdüyünü əlavə olaraq bildirib.
S.Qraykste qeyd edib ki, səhiyyə naziri İlze Vinkele bu yaxınlarda Latviya üzrə COVID-19 pasiyentlərinin xəstəxanaya yerləşdirilməsinə dair kritik göstəricinin 500 nəfər təşkil etdiyini söyləyib. Bildirib ki, hazırda ölkədə koronavirusa yoluxmuş xəstələr üçün xüsusi olaraq ayrılmış 250 çarpayı var və onların hamısı doludur.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]