Latviyada koronavirusa yoluxanların sayı 761 nəfərə çatıb
Riqa, 22 aprel, AZƏRTAC
Latviyada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 13 nəfər artaraq 761-ə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Latviyanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 39 min 336 nəfər müayinə olunub.
`Nazirliyin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna 1364 nəfərdən götürülən analizin 13-nün nəticəsi müsbət çıxıb.
Virusa yeni yoluxma hallarının artacağı istisna olunmur.
Qeyd edək ki, indiyədək bu ölkədə koronavirusdan 11 ölüm faktı qeydə alınıb.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]