Lavrov və Simonyan Rusiya–Ermənistan münasibətlərinin inkişafını müzakirə ediblər
Moskva, 5 fevral, AZƏRTAC
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Ermənistan Milli Assambleyasının sədri Alen Simonyanla danışıqlar aparıb.
AZƏRTAC xəbər verir ki, görüş zamanı XİN rəhbəri Rusiyanın, Azərbaycanın və Ermənistanın üçtərəfli razılaşmalarının Cənubi Qafqazda iqtisadi və nəqliyyat məsələlərinin həlli üçün zəmin yaratdığını bildirib.
Lavrov həmçinin qeyd edib ki, Moskva İrəvanın əsas ticarət tərəfdaşı olaraq qalır və əməkdaşlığın genişləndirilməsinə hazırdır. Onun sözlərinə görə, Rusiya Avropa İttifaqına üzvlüyün Avrasiya İqtisadi İttifaqında iştirakla uzlaşmadığını əsas götürür, lakin İrəvanın seçiminə hörmət edəcək.
Rusiya naziri əlavə edib ki, Avropa İttifaqı (Aİ) Ermənistanı daim Rusiya ilə Aİ arasında seçim qarşısında qoyur. Moskva erməni tərəfinin Avropanın narazılığına baxmayaraq Rusiya ilə əlaqələri qorumaq niyyətində olduğundan xəbərdardır.
Öz növbəsində Simonyan bəyan edib ki, Ermənistan Rusiyaya qarşı hər hansı addım atmır və bu cür yanaşmanı nəzərdən keçirmir. Onun sözlərinə görə, İrəvan Moskva ilə münasibətlərin inkişafında maraqlıdır və Avrasiya İqtisadi İttifaqından çıxmağı zəruri hesab etmir. Bununla yanaşı, o, erməni tərəfinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlı hələ də cavablandırılmamış suallarının qaldığını və Azərbaycanla sülh müqaviləsinin imzalanmasının gündəmə gəldiyini bildirib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.02.2026 [17:30]
İsveç Ukraynaya enerji təchizatı üçün 1 milyard kron ayıracaq
- 05.02.2026 [16:21]
İndoneziya iqtisadiyyatı ötən il 5,11 faiz artıb
- 05.02.2026 [16:07]
Macarıstan universitetləri Avropa reytinqində mövqelərini möhkəmləndirir
- 05.02.2026 [15:58]