LAYİHƏNİN İCRASI İLƏ BAĞLI MƏTBUAT KONFRANSI KEÇİRİLMİŞDİR
Çıxış edənlər layihənin ölkəmizin 4 regionunda – Gəncə, Bərdə, Şəmkir və Şamaxıda həyata keçirildiyini və məqsədin insan hüquqları üzrə ixtisaslaşmış kadrların hazırlanması olduğunu açıqlamışlar. Layihə çərçivəsində keçirilən məşğələlərə regionlarda böyük maraq olduğu qeyd edilmişdir. Natiqlər, tarix, coğrafiya, ana dili və ədəbiyyat, xarici dil müəllimləri üçün keçirilmiş üçgünlük məşğələlərdə interaktiv formada insan hüquqları üzrə 12 mövzunun tədris edildiyini, bütün iştirakçılara “İnsan hüquqları” kitabının və digər əyani vəsaitlərin paylandığını bildirmiş, eləcə də məşğələlərdən sonra müəllimlərin sınaq dərsləri keçirdiyini diqqətə çatdırmışlar.
Tədbirdə qarşıya çıxmış problemlər müzakirə edilmiş, belə layihələrin gələcəkdə də keçirilməsinin və genişləndirilməsinin əhəmiyyəti vurğulanmışdır.
Sonda KİV nümayəndələrinin sualları cavablandırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]