Lənkəran-Astara bölgəsi çaylarında suyun səviyyəsi artmışdır
Bakı, 29 oktyabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən oktyabrın 29-da çaylarda sululuqla bağlı araşdırma aparılmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, araşdırmaya görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-140, Kiçik Qafqazın çaylarında 80-85, Lənkəran-Astara bölgəsi çaylarında 20-80, Naxçıvan MR çaylarında isə 55 faizini təşkil etmişdir.
Oktyabrın 27-də yağan leysan xarakterli yağışlar nəticəsində Lənkərançay-Lənkəranda suyun səviyyəsinin 40, Lənkərançay-Sifidorda 37, Vəşərüçay-Daştatükdə isə 54 santimetr artdığı müəyyən edilmişdir.
Eyni zamanda, Kür çayının Qıraqkəsəmən məntəqəsində, eləcə də aşağı axınındakı məntəqələrdə də suyun səviyyəsində artım müşahidə olunmuşdur.
Hazırda Kürün Surra məntəqəsində suyun səviyyəsi 320, Şirvanda 163, Salyanda 158, Bankədə 192, Araz çayının Novruzlu məntəqəsində isə 98 santimetrdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]