İDMAN
LƏNKƏRAN İDMAN MƏKTƏBİNDƏ QIZLARDAN İBARƏT FUTBOL BÖLMƏSİ YARADILMIŞDIR
Lənkəran şəhərində 1951-ci ildən fəaliyyət göstərən uşaq-gənclər idman məktəbində 528 məktəbli-gənc 42 qrupda idmanın müxtəlif növləri ilə məşğul olur.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, yunan-Roma güləşi üzrə 3 dəfə Avropa çempionu, Atlanta Olimpiadasının bürünc mükafatçısı Zəfər Quliyev, dəfələrlə respublika çempionu olmuş, idman ustası Rahim Həsənov, respublika birinciliklərinin qalibi, idman ustası İsrafil Əkbərov bu məktəbin yetirmələridir.
Bu yaxınlarda isə məktəbdə yeniyetmə qızlardan ibarət futbol bölməsi fəaliyyətə başlamışdır. Bölməyə beynəlxalq dərəcəli hakim Xalid Ağayev rəhbrəlik edir.