Lənkəranda ağır qəza, ölən və yaralanan var
Lənkəran, 19 may, İlkin Adıyev, AZƏRTAC
Lənkəranın Sütəmurdov kəndində avtomobillər toqquşub, ölən və yaralanan var.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəza zamanı “VAZ-2106” və “Hyundai” markalı avtomobillər toqquşub.
Qəzadan sonra “VAZ-2106" işıq dirəyinə və ağaca çırpılıb. Hadisə nəticəsində “VAZ-2106”nın sürücüsü hadisə yerində ölüb, avtomobildə olan qadın sərnişin ağır xəsarətlər alıb.
Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Qeyd edək ki, “Hyundai” markalı avtomobilin sürücüsü hadisə yerindən yayınıb. Hazırda onun tapılması istiqamətində tədbirlər görülür.
Faktla bağlı araşdırma aparılır.