Lənkəranda naringi bağı bir ildə iki dəfə bar vermişdir
Lənkəran, 11 iyul (AZƏRTAC). Lənkəran rayonunun Sinovlu kəndində maraqlı təbiət hadisəsi baş vermişdir. Adətən oktyabr, noyabr aylarında yığılan naringi bu il yay ayında satışa çıxarılmışdır.
AZƏRTAC xəbər verir ki, qış aylarında havaların əlverişli keçməsi nəticəsində kənd sakini Şair Rzayevə məxsus naringi bağı bir ildə ikinci dəfə bar vermişdir.
Fermerin sözlərinə görə, həyətyanı torpaq sahəsində 100-ə yaxın sitrus ağacı vardır. Bağdan məhsulu adətən noyabr ayında yığır. O, 35 illik təcrübəsində belə təbiət hadisəsinin ilk dəfə şahidi olduğunu bildirmişdir.
Yayda yetişən məhsul payızda yetişən naringidən bir sıra xüsusiyyətləri, xüsusən daha sulu və şirin olması ilə fərqlənir. Hazırda sitrus bağında 1 tondan artıq məhsulu olan fermer onu satmağa hazırlaşır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]