LƏNKƏRANDA RAYON GƏNCLƏRİNİN TOPLANTISI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin akt zalında rayon gənclərinin toplantısı keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə şəhərin Heydər Əliyev Parkında ümummilli liderimizin abidəsi önünə gül dəstələri düzmüş, ulu öndərin xatirəsini ehtiramla yad etmişlər.
Yığıncaqda rayon gənclər və idman idarəsinin rəisi Yalçın Əhmədovun Azərbaycan Gənclərinin IV Forumundan ötən müddət ərzində rayonda görülmüş işlər və qarşıda duran vəzifələr barədə məruzəsi dinlənilmişdir.
Toplantıda Lənkəran şəhər icra hakimiyyətinin başçısı Süleyman Mikayılov, gənclər və idman nazirinin müavini İntiqam Babayev və gənclərin nümayəndələri çıxışlarında dövlət gənclər siyasətinin icrası istiqamətində həyata keçirilmiş tədbirlərdən danışmış, gənclərin rayonun ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatında fəal iştirakını diqqətə çatdırmışlar. Lənkəranlı gənclər payızda keçiriləcək prezident seçkisində Heydər Əliyev siyasətinin layiqli davamçısı İlham Əliyevə səs verəcəklərini bildirmişlər.
Tədbirdə Azərbaycan Gənclərinin V Forumuna nümayəndələr seçilmişdir.
Rayon gənclərinin toplantısında Prezident İlham Əliyevə müraciət qəbul edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [19:05]
Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]
Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır
- 13.06.2026 [07:21]
ABŞ millisi dünya çempionatına qələbə ilə başladı
- 13.06.2026 [02:15]
Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq
- 13.06.2026 [01:37]
Kanada millisi dünya çempionatları tarixində ilk xalını qazanıb
- 12.06.2026 [23:25]