LƏNKƏRANIN GƏNC ŞAHMATÇILARI ZONA BİRİNCİLİYİNİN QALİBİ OLMUŞLAR
Lənkəran, 3 iyul (AZƏRTAC). Respublikanın şahmat məktəbləri komandalarının Neftçala şəhərində keçirilən zona birinciliyində Lənkəran rayonunun gənc şahmatçıları birinci yeri tutmuşlar.
9 rayonun 12-16 yaşlı gənc şahmatçıları arasında keçirilən zona birinciliyində lənkəranlı idmançılar 36 mümkün xaldan 32 xal toplayaraq, Zaqatala rayonunda keçiriləcək Respublika Şahmat Olimpiadasına vəsiqə qazanmışlar.
Zona birinciliyində ən yaxşı nəticəni lənkəranlı şahmatçı Sirus Həsənli göstərmişdir. O, bütün görüşlərini qələbə ilə başa vuraraq 9 mümkün xalın hamısını toplamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:03]
“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]
Azərbaycanın minifutbol millisi dünya çempionatında yarımfinal oyununa çıxır
- 16.10.2026 [10:26]
Azərbaycan futzal millisi seçmə mərhələdə mübarizəyə başlayır
- 16.10.2026 [10:20]
Azərbaycanın qadın güləşçisi dünya ikincisi olub
- 16.10.2026 [10:13]