LƏNKƏRANLILAR 20 YANVAR FACİƏSİ QURBANLARININ XATİRƏSİNİ DƏRİN EHTİRAMLA YAD ETMİŞLƏR
Lənkəran, 20 yanvar (AZƏRTAC). Lənkəranlılar əsaslı yenidənqurmadan sonra istifadəyə verilən “Şəhidlər” abidə-kompleksinin önündə Qanlı 20 Yanvar faciəsi qurbanlarının xatirəsini dərin ehtiramla yad etmişlər.
Lənkəran şəhər İcra hakimiyyətinin başçısı Süleyman Mikayılov, idarə, müəssisə və təşkilatların rəhbərləri, müharibə veteranları, gənclərin və ictimaiyyətin nümayəndələri, şəhər əhalisi abidə-kompleksinin, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olanların məzarları önünə əklillər və gül dəstələri düzmüş, şəhidlərin ruhuna dualar oxunmuşdur.
Tədbir Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında davam etmişdir.
Mərasim iştirakçıları teatrın foyesində Lənkəran Rəssamlıq Məktəbi şagirdlərinin 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən rəsm əsərlərindən ibarət sərgi ilə tanış olmuş, Qanlı Yanvar hadisələrinə həsr olunmuş “Qan yaddaşımız” sənədli filminə baxmışlar.
Teatrın aktyorlarının ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
Qeyd edək ki, Qanlı Yanvar günlərində Bakı şəhərində və Lənkəran rayonunda 11 nəfər lənkəranlı şəhid olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]