Lənkəranlılar soyqırımı qurbanlarının xatirəsini dərin hüznlə yad etmişlər
Lənkəran, 31 mart (AZƏRTAC). Lənkəran şəhərində Azərbaycanlıların soyqırımı abidəsi önündə anma mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov, Milli Məclisin deputatı Rüfət Quliyev, yaşlı nəslin, gənclərin və rayon ictimaiyyətinin nümayəndələri abidənin önünə gül dəstələri düzərək soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmişlər.
Lənkəran Dövlət Universitetinin dosenti Rakif İbadov azərbaycanlıların soyqırımı ilə bağlı çıxış etmişdir. Ermənilərin 200 ildən artıq bir dövrdə azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirdiyi etnik təmizləmə və soyqırımının Lənkəran rayonundan da yan ötmədiyini diqqətə çatdıran R.İbadov bildirmişdir ki, 1918-ci ilin mart-aprel aylarında Lənkəran qəzasında 40 kənd yandırılmış, ermənilər rusların köməyi ilə rayonun Girdəni, Gərmətük, Mamusta, Sütəmurdov, Şıxəkəran, Vilvan və Xolmili kəndlərində qırğınlar törətmiş, yaşayış məntəqələrini talan etmişlər.
Ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında bu qanlı cinayətə əsl hüquqi və siyasi qiymətin verildiyini vurğulayan natiq mənfur düşmənlərimizin məkrli niyyətləri barədə əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında dövlətimizin başçısının fəaliyyətini yüksək qiymətləndirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.03.2026 [16:47]
MEK-də Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb
- 31.03.2026 [16:23]
Milli yaddaşın qorunması: BMU-da soyqırımı hadisələri geniş təhlil edilib
- 31.03.2026 [14:22]
Xalqımıza qarşı törədilən cinayətlər heç vaxt unudulmayacaq ŞƏRH
- 31.03.2026 [14:15]
31 Mart hadisələri: Azərbaycan xalqının faciəsi və tarixi yaddaşı
- 31.03.2026 [12:35]
1918-ci il soyqırımı erməni vandalizminin qanlı izləridir – ŞƏRH
- 31.03.2026 [12:05]