Leyboristlər Partiyası qalib gələrsə, Britaniya Fələstin dövlətini rəsmi şəkildə tanıyacaq
London, 7 iyun, AZƏRTAC
Britaniyada iyulun 4-də keçiriləcək növbədənkənar parlament seçkilərində Leyboristlər Partiyası qalib gələrsə Fələstin rəsmi dövlət kimi tanınacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə “Independent” saytı məlumat yayıb. Leyboristlər Partiyasının manifestinin təfərrüatları adı çəkilən sayta sızıb. Xəbərdə iddia olunur ki, burada Yaxın Şərq böhranı ilə bağlı cəsarətli və yeni siyasi kurs var. Buna görə, Leyboristlər Partiyası iqtidar olunca, sülh prosesinin bir hissəsi kimi Fələstin dövlətini rəsmi şəkildə tanıyacaq.
Məlumatda o da yer alıb ki, Londonda hər həftə keçirilən Fələstinə dəstək yürüşlərində Leyborist Partiyasının minlərlə üzvü iştirak edir. Partiya lideri Keir Starmer müsəlman seçicilərin partiyadan üz döndərməsi ilə bağlı narahatlıqlar səbəbindən seçkilərdən əvvəl hərəkətə keçərək belə bir addım atmağa qərar verib.
Qeyd edək ki, Leyboristlər Partiyasının seçki manifesti növbəti həftə rəsmi olaraq ictimaiyyətə təqdim olunacaq.
Keir Starmer partiyasının qalib gələrsə, edəcəyi əsas 6 planı açıqlayıb. Bunlara iqtisadi sabitliyi təmin etmək, antisosial davranışa qarşı ciddi tədbirlər almaq, 6500 yeni müəllim işə götürmək, yeni bir sərhəd təhlükəsizliyi komandası təşkil etmək və dövlətin investisiya qolu kimi “Great British Energy” adlı yeni, ictimaiyyətə məxsus təmiz enerji şirkəti qurmaq daxildir.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [22:48]
Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq
- 16.06.2026 [22:27]
FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb
- 16.06.2026 [21:40]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:30]